Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı)Qız qalası (Bakı) Etimologiyası

Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı) əsasən Qız qalası adlandırılmasıdır. Əefsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq etmişdir. Qalanın adının digər yozumunna görə isə heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılmışdır. Digər versiyaya görə isə qala əvvəllər "Göz qalası" adlandırılmış, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək "Qız qalası" şəklini almışdır. Ardı »

Qız qalası (Bakı)Qız qalası (Bakı) Mədəniyyətdə

Qız qalasıyla bağlı əfsanə Azərbaycanda bir çox poema və teatr tamaşalarının mövzusu olmuşdur. 1940-cı ildə böyük bəstəkar Əfrasiyab Bədəlbəyli həmin əfsanənin motivləri əsasında ilk Azərbaycan baleti olan Qız qalası baletini yazmışdır. Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.

Qız qalası 1992-2006-cı illərdə 1 və 250 manatlıq[34], 2006-cı ildən 10 manatlıq və 5 qəpiklik pul əskinaslarında təsvir edilmişdir.

2010-cu ildən etibarən, hər il Qız Qalasının yaxınlığında Heydər Əliyev Fondunun, "Qız Qalası" Bədii Qalereyasının, Bakı Müasir İncəsənət Muzeyinin və "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə beynəlxalq "Qız Qalası" Beynəlxalq incəsənət festivalı keçirilir Ardı »

Qız qalası (Bakı)Qız qalası (İsmayıllı) Ümumi memarlığı

Ön istehkam Qarasu dərəsindədir. Uzunluğu 28,6 m, hündürlüyü 7,7 m, qalınlığı 1,8 m olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır. Ümumiyyətlə, Qız qalasının planı mürəkkəb formalıdır. Qalanın ümumi sahəsi 1,5 hektara qədərdir. Sahəsi 300 kv.m olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır. Qalanın inşaatında daşdan və bişmiş Ardı »

Qız qalası (Bakı)Qız qalası ətrafında qazıntılar haqqında

Belə bir fikir söylənilmişdir ki, Qız qalası Abşeronun başqa müdafiə tikintiləri kimi qala rolunu oynamış, şəhərin müdafiəsi üçün istifadə edilmişdir . Həmin abidənin dini səciyyə daşıması haqqında da fikirlər var . Başqa bir fərziyyə isə Qız qalasının rəsədxana kimi istifadə olunmasını irəli sürür .

Qız qalası ətrafında aparılan qazıntılar zamanı üzə çıxarılmış monumental binanın zirzəmisinin tədqiqi də maraqlı tapıntılardan olub, şəhər memarlığının bəzi mübahisəli məsələlərinə aydınlıq gətirmək üçün mühüm elmi əhəmiyyət kəsb edir

Dini xarakterli tikili qalıqları da 1998-ci ildə Qız qalası ətrafında aparılmış arxeoloji qazıntı zamanı üzə çıxarılmışdır. Qız qalasının ətrafında aparılan qazıntı zamanı Bakının qədim memarlıq abidələrindən biri, X əsrə Ardı »