Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (İsmayıllı)

Qala İsmayıllı rayonunun Xanəgah kəndində yerləşir.Qülləli qalanın digər qız qalaları kimi müdafiə-gözətçi məqsədi ilə tikildiyi güman edilir.İsmayıllı rayonunun Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənmişdir. Abidənin şimal hissəsində sahəsi 300 m2 olan terrasda "içqalası"ından Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya gedən yolun üstündə "Qız qalası" istirahət mərkəzi yerləşir ki, oraya qədər avtomobil yolu var. Həmin mərkəzdən qalaya qədər gedən yolun son 1 km-ni piyada çıxmaq lazımdır.


Tarix: 08.01.2015 / 14:56 Müəllif: Feriska Baxılıb: 13 Bölmə: Qız qalası (Bakı)
loading...