Abidədə müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə bərpa işləri aparılmışdır. İlk bərpa işlərinin Şirvanşahlar dövləti zamanında aparıldığı güman olunur. Daha sonra Bakı xanlığı dövründə qalanın möhkəmləndirilməsi məqsədiylə bərpa işlərinin aparılması müəyyən edilmişdir. Abidədə geniş bərpa və tədqiqat işləri Azərbaycan SSR qurulduqdan sonra aparılmışdır. 1963-1965-ci illərdə qala ətraflı tədqiq edilmiş, prof. Əhmədov tərəfindən birinci mərtəbədə və qalanın ətrafında arxeoloji qazıntılar aparılmış, qala divarının içində yerləşən su quyusu kəşf edilmişdir. 2000- ci ildə İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004-2009-cu illərdə abidə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına salınmışdır. Bundan sonra abidənin bərpası və qorunmasıyla bağlı əlavə tədbirlər keçirilmiş və UNESCO-nun 1 fevral 2010 – cu il tarixində keçirilən sessiyasında qala təhlükədə olan abidələr siyahısından çıxarılmışdır.
Tarix: 08.01.2015 / 14:52 Müəllif: Feriska Baxılıb: 39 Bölmə: Qız qalası (Bakı)