Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HürufilikYaranması və yayılması

Hərflərin texniki tərəfləri ilə bağlı görüşləri inkişaf etdirməklə hürufiliyi bir fəlsəfi-dini sistem olaraq quran şəxs mənşəcə Azərbaycan türklərindən olan Şəhabəddin Fəzlullah Astrabadi Nəimidir (1339-40/1394). Fəzlullah çox gənc yaşlarında ilahiyyat ilə maraqlanmağa başlamış, on səkkiz yaşında olarkən tesevvusu yönələrək həccə getmişdir. Qayıdanda Xarəzmə gəlmiş və bir müddət burada qaldıqdan sonra Təbrizə getmişdir. Burada ətrafına topladığı insanlarla etdiyi dini söhbətlər sayəsində böyük ehtiram qazanmışdır. 1386-cı ildə öz təlimini Təbrizdə elan etmiş, daha sonra İsfahanda bu fikri sistemi yaymağa başlamışdır. Uzun müddət bir mağarada inzivaya çəkildikdən sonra Fəzlullah özünün Hz.Mehdi olduğunu iddia etmişdir. Ətrafındakı yeddi inanilmis xəlifəsi və daha sonra çoxsaylı tələbəsi ilə yeni Ardı »

Hürufilikİdeya mənbələri

Hürufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edir. Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Hürufilər belə başa düşürdülər ki, insan özü tanrıdır və ya insanlar Allahın vücudundan qopmuş parçalardır. Yalnız kamil insan (Allahın vücudunun bir parçası) yenidən Allaha qovuşacaqdır. Bu o zaman baş verir ki, insan yaradılışın ən yüksək səviyyəsinə çatır. Hürufiliyin ilk elementlərinə fəlsəfənin yarandığı vaxtlarda da təsadüf edilir.

Hürufiliyin yaranmasına təsir göstərən amilləri Yaxın və Orta Şərqin fəlsəfəsində axtarmaq lazımdır. Şərqdə olan ideyaların Hürufiliyə təsirinə iki aspektdə baxmaq olar:

Bu dövrdə Şərq fəlsəfəsinin inkişaf etməsi və Hürufiliyin öz ideyalarını ərəbdilli peripatetiklərdən götürməsi.
Şərq fəlsəfəsində müxtəlif sektaların, icmaların və dini cəmiyyətlərin Ardı »

HürufilikHürufiliyin əsas ideyaları

Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Bu dövrlər Peyğəmbərlik, İmamlıq və Allahlıqdır. Adəm peyğəmbərlə başlayan Peyğəmbərlik dövrü Məhəmməd peyğəmbərlə başa çatmışdır. Əli ibn Əbu Taliblə başlayan İmamlıq dövrü 11-ci imam Həsənlə başa çatmışdır. Allahlıq dövrü isə Fəzlullahla başlamışdır və bütün peyğəmbərlər onun gəlişini xəbər vermişlər. Hürufilər Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların ən yaxşısında bəyandır (zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 Ardı »

HürufilikYaranmasının səbəbləri

İslam dünyasında Hürufiliyi bir inanc sistemi bir firqə halında yayan Astrabadi Fəzlullah Nəimidir. XIV əsrin sonlarında İranda Əmir Teymurun səltənətində (1370-1405) təriqət əhlinin böyük hörmət gördüyü zaman Fəzlullah Nəimi Xəzər dənizinin cənub-şərq sahillərinə yaxın Astrabad şəhərində öz təlimini yaymağa başlamışdır.

Qədim dövrlərdə bəzi bidətçi cərəyanların kök saldığı bir ərazidə öz fikirlərini yaymağa çalışan Fəzlullah Şeyx Həsən Luri və onun xələflərinin təsiri altında qalaraq öz firqəsini qurmuşdur. Fəzlullah onların prinsiplərini ən mükəmməl bir şəkildə qiymətləndirərək hərflərin vacibliyini və onların rəqəmlərlə olan münasibətlərini ortaya qoymuş, dini əmr və hökmləri ərəb və fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərflə izah etməyə çalışmışdır. Allaha aid Ardı »

HürufilikHürufi əqidəsi

Hürufiliyin qurucusu Fəzlullaha görə, təsəvvüfçülərin də göstərdiyi kimi Allah gizli bir xəzinədir. Hərşeyin həqiqəti, mövcudluğu və ruhu isə səslərdir. Gizli bir xəzinə olan Allahın ilk təcəllisi kəlam şəklində görünən səslərdən ibarətdir. Səsin kamilliyi kəlam, yəni sözdür. Kəlam isə ancaq insanlarda zühur edər və özünü səsdə göstərir. Kəlam bir qrup ünsürlər halında bəzi formalar alır. Bu ünsürlər Ərəb və Fars əlifbasındakı iyirmi səkkiz və otuz iki hərfdir.

Kainat və insanın əsası səsdir, mövcudatdakı səs ilahi nitqin səsindən fərqli olaraq maddidir. Fəzlullaha görə kainat səslərlə doludur. Səslərin isə kamil forması sözdür.

Allah bir insanın üzündə təzahür edən bir kəlamdır. Bu kəlamın ünsürlərində də bir rəqəm Ardı »

HürufilikHürufilik

Hürufilik (ərəb. وفية hurufiyyə) — XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqəti. Hüruf sözü ərəb dilində "hərflər" mənasını verir. Bu təriqətin əsas ideyası İudaizmdə mövcud olan mistik kabbalistika təlimində olduğu kimi Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. Ardı »

HürufilikHürufilik Mənbələr

Balayev M."İslam və onun ictimai-siyasi həyatda rolu".Bakı 1991
Bünyadov Z."Azərbaycan tarixi" Bakı 1994
Fazlullah Esterâbâdî, Câvidannâme; Dürr-i Yetim İsimli Tercümesi, haz. Fatih Usluer, İstanbul, Kabalci Yayınevi, 2012.
İslam Ansiklopedisi III cilt.Şamil yayınevi.İstanbul 1991
Büyük Tarih Ansiklopedisi cilt-1.Ankara 1992
Hz.Ademden bugüne İslam Tarihi. Mahmud Şakir.İstanbul 1998
Yalçın Abdullayev – "Hürufilik təlimi və onun mahiyyəti", "Dövlət və Din" İctimai fikir toplusu, (№ 5 (13)), Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı – sentyabr-oktyabr 2009, səhifə: 238-244.
Z.Quluzadə – Fəlsəfi fikir,Azərbaycan tarixi (7 cilddə),III cild,Bakı,1999
«Хуруфизм и его представители в Азербайджане» (Баку, 1970)
A.Gölpınarlı – Hurufilik metinleri katalogu,Ankara,1989
K.E.Küçükoğlu – Nesimi divanından seçmeler,Ankara,1985
A.Y.Ocak – Osmanlı toplumunda zındıklar ve mülhidler (XV-XVII asırlar),İstanbul,1999
A.Gölpınarlı – Ardı »