Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Bu dövrlər Peyğəmbərlik, İmamlıq və Allahlıqdır. Adəm peyğəmbərlə başlayan Peyğəmbərlik dövrü Məhəmməd peyğəmbərlə başa çatmışdır. Əli ibn Əbu Taliblə başlayan İmamlıq dövrü 11-ci imam Həsənlə başa çatmışdır. Allahlıq dövrü isə Fəzlullahla başlamışdır və bütün peyğəmbərlər onun gəlişini xəbər vermişlər. Hürufilər Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların ən yaxşısında bəyandır (zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas hissələrinə, Fatihə surəsinin ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.
Əbdülbaqi Gölpınarlı "Hürufilik mətnləri kataloqu" adlı əsərində hürufiliyin Anadoluda Mir Şərif və xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsimi tərəfindən yayıldığını bildirir. O, eyni zamanda bu dövrdə Azərbaycan, İran, İraq və Anadoluda yayılan hürufilik təriqətinin qüdrətli şairidir. İmadəddin Nəsimi gözəl, vəcdli və həyəcanlı şeirləri ilə hürufiliyin yayılmasında böyük rol olmuşdur. K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən "Nəsimi olmasaydı, hürufilik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi."
Tarix: 08.01.2015 / 01:52 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Hürufilik