Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Ərəb Xilafətinin tərkibindəAzərbaycanın ərəblər tərəfindən istilası

637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.[3]

Bu dövrün hadisələrini əks etdirən ərəb mənbələrinin bir qismi ərəblərin Azərbaycan ərazisinə (onun cənub hissəsinə) ilk basqınının məhz həmin illərdə, yəni 639-640-cı illərdə baş verdiyini qeyd edir. Bu müəlliflərdən Ardı »

Azərbaycan Ərəb Xilafətinin tərkibindəİlk hücumlar haqqında

Azərbaycanın real fütuhatının başlandığı hicri 22 (643)-ci ildən çox əvvəl, İyad ibn Ğənmin başçılıq etdiyi ərəb ordusunun xəlifə Ömərin əmri ilə 639-cu ilin avqustunda başlamış Mesopotamiyanın işğalı prosesində Azərbaycan ərazisinə hücum (və bəlkə də hücumlar) olmuşdur. Hücum Urmiya gölünün cənub-qərbindən başlamış və nəticədə qərb sərhədlərinin mərzbanı ilə müqavilə bağlanmışdı.

Ərəblərin Sasanilər imperiyası nın Xəzər sahili vilayətlərinə, o cümlədən Azərbaycana real hücumu, yalnız 642-ci ildə baş verən fəthindən sonra Həmədana hücumla mümkün oldu. Tarixçi ət-Təbəri bildirir ki, o gündən iranlıların birliyi pozuldu. Hər vilayətin əhalisi düşmənlə yalnız öz vilayəti hüdudlarında döyüşürdü. Əl-Bəlazurinin verdiyi məlumata görə, Nihavənd döyüşündən bilavasitə sonra ərəblər Həmədan-Rey yolu üstündə Ardı »

Azərbaycan Ərəb Xilafətinin tərkibindəƏrəb-zimmi döyüş dəstələri haqqında

Ərəblər Azərbaycanda və Arranda möhkəm yerləşdikdən sonra öz hərbi səfərlərində yerli əhalidən, istər islamı qəbul etmiş olanlardan (mövlalardan), istərsə xristianlardan (zimmilərdən) döyüşçü kimi istifadə etməyə başladılar, lakin mövlaları yalnız piyada qoşuna götürürdülər.

Bu hərbi səfərlərdə zimmilər görkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə doyüş vahidləri kimi əməliyyatda iştirak edirdilər; Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında vuruşurdular[29][30]

Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; bu ağır sahələrdə zimmilər, şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyur, ya da düşmənin başlıca zərbəsini öz üzərindən götürürdülər. Zimmi qoşunlarından istifadə edildiyini göstərən məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərində tapmaq olar. M.Kalankatuklu Ardı »

Azərbaycan Ərəb Xilafətinin tərkibindəƏrəblərin növbəti hücumları (639-720)

646-cı ildə ərəb ordusu Valid ibn Uqbənin komandanlığı ilə yenidən Azərbaycana hücum etdi. Ordunun qabaq dəstəsində Salman ibn ər-Rəbiə əl-Bəxili gedirdi. Azərbaycan ikinci dəfə istila edildi, "bu şərtlə ki, (hər il) onlar (əhali) səkkiz yüz min dirhəm versinlər. Bu, Xuzeyfə ibn əl-Yəməninin 22 (b.e. 644)-ci ildə, yəni Nəhavənd vuruşmasından bir il sonra onlarla bağladığı sülhün şərtləri idi".

639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi. Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Bukeyr ibn Abdullah tərəfindən Ardı »

Azərbaycan Ərəb Xilafətinin tərkibindəXilafətin Azərbaycanda inzibati və idarəetmə siyasəti

İspaniyadan Hindistanadək bir çox ölkə və xalqları tabe etmiş ərəblər, işğal etdikləri yerlərdə yeni tipli idarə sistemi qura bilmədiklərindən, bu yerlərin əvvəlki idarə sistemlərini saxlamalı oldular. Müxtəlif xalqlardan alınan və idarə işini yüngülləşdirmək məqsədilə çox vaxt köhnə coğrafi və ya inzibati adını saxlayan bu ərazilər müstəqil və ya asılı ölkədən Xilafətin çoxsaylı vilayətlərinə çevrildilər. Bu vilayətlər, adətən həmin yerləri fəth etmiş sərkərdənin və ya yürüşün bilavasitə iştirakçısının idarəsi altında ərazicə yaxın torpaqları özlərində birləşdirirdi. Ərəblərin işğalı ərəfəsində tarixi Azərbaycan torpaqları ilə yanaşı, şərqi Gürcüstanı və Şərqi Ermənistanı, İranın bir sıra vilayət və şəhərlərini (Təbəristan, Gilan, Dehistan, Rey və b.) də özündə Ardı »

Azərbaycan Ərəb Xilafətinin tərkibindəÜsyanlar - Pavlikanlar hərəkatı

VIII əsrin ən böyük sosial hərəkatlarından biri olan Pavlikanlar hərəkatı o zaman artıq Ərəb Xilafətinə bac verən Qafqaz Albaniyasında yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır[43][44][45][46].

Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır[47]. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi[48].

Y.E.Lipşis[49][50], St.T.Melik-Baxşyan[51], L.Q.İohannisyan[52], F.Konnibir[53] və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir[54].

VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Ardı »

Azərbaycan Ərəb Xilafətinin tərkibindəXəzər – Ərəb müharibələrinin Azərbaycana təsiri

VIII əsrin əvvəllərində Ərəb xilafəti özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən olan Bizans mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azərbaycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikin 693-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət göstərdi. Onun VIII əsrin əvvəllərində, tabeliyində olan Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı yürüşə çıxmaq imkanı yaratdı.

707-708-ci ildə Məhəmməd ibn Mərvanın qardaşı oğlu, o zaman hakimiyyət başında olan xəlifə Ardı »