Azərbaycan Ərəb Xilafətinin tərkibində → İşğal siyasəti
Xəlifə Əbu Bəkr (632-634) ərəb istilalarının ilk dövründə ərəb qoşunlarına belə əmr etmişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək üçün lazım olandan başqa, qoyun, inək və dəvələri kəsməyin. Siz, hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz: onları rahat buraxın və məşğələlərinə mane olmayın". Sonra əmrdə deyilir: "Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar. Onlarla aranızda bir hədd olmaq üçün bac qoyun ki, onlar öz Ardı »