Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi yataqdaSeks gəncləşdirir

Edinburq xəstəxanasında 45-55 yaşlı kişilər arasında aparılan araşdırmaya əsasən həftədə üç dəfə cinsi əlaqədə olan kişilər digərləri ilə müqayisədə 10 yaş daha gənc görünürlər. 3500 kişi arasında aparılan bu təcrübə eyni zamanda onu sübut edib ki, seks zamanı qan təzyiqi artdığı üçün xoşbəxtlik hormonu da artmağa başlayır. Bu isə öz növbəsində cildin daha parlaq və sağlam görünməsinə şərait yaradır.
Eyni zamanda intim münasibət zamanı insanın əhval ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.
İngiltərədə aparılan digər bir araşdırmanın nəticələri də 10 il ərzində müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız şəkildə orqazm olanlarla müqayisədə daha çox yaşadığını sübut edib. Bunun Ardı »

Kişi yataqdaPis yatmaq cinsi aktivliyi azaldır

Yəqin ki, hələ də aramızda xoruldamağı adi hal kimi qiymətləndirənlər var. Amma mütəxəssislər belə hesab edirlər ki, bu əslində ciddi problemlərdən xəbər verir. Ümumiyyətlə, yuxu, yatmaq forması insanın sağlamlığının göstəricisidir. Əksər hallarda yuxu problemi olan insanlar gün ərzində baş ağrısından əziyyət çəkir, günortalar yatmaq istədikləri halda yata bilmirlər. Bundan başqa onlar depresiyaya daha meyilli, unutqan, yaddaşsız, asan əsəbiləşən və cinsi istəksizlik yaşayan insanlar olurlar. Bu uzun müddət davam etdikdə isə yüksək təzyiq, infarkt, ürək çatmazlığı,ürəkdə ritm pozuqluqları, iflic və ani ölüm riskini artırır. Son illər ərzində aparılan digər bir araşdırma isə sübut edib ki, xoruldamaq bütün bu xəstəliklərlə yanaşı eyni Ardı »

Kişi yataqdaPorno izləmək zərərlidir

Kişiləri ən çox maraqlandıran suallardan biri də masturbasiyanın zərərli olub olmamasıdır. İndi bu mövzu ilə əlaqədər mütəxəssis fikirləri ilə sizi tanış etmək istəyirik.
Kişilər arasında belə bir fikir yayılıb: “Həddindən artıq masturbasiya orqanizm üçün zərərlidir”. Amma mütəxəssislər bildirirlər ki, bu fikirlərin heç bir məntiqi əsası yoxdur. Masturbasiya yalnız orqanizm tələb etmədiyi halda özünüzü boşalağa məcbur etdiyiniz zaman zərərli ola bilər. Bunu yaradan ən birinci amil isə pornoqrafik materiallardır.
Müasir dövrdə biz internet vasitəsilə istədiyimiz məlumatı, videonu bir-iki saniyə içərisində əldə edə bilirk. Bunun üçün hansısa məhdudiyyət yoxdur. Padua Universitetinin professoru Carlo Foresta və onun komandası tərəfindən aparılan bir araşdırmaya görə, cinsi istəksizlik səbəbi Ardı »

Kişi yataqdaHəqiqi orqazm zamanı qadınlar necə davranır?

Aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, qadınların təxminən 40 faizi orqazm təqlidi edir. Psixoloqların fikrinə görə, qadınlar tərəf müqabillərinin yetərsiz olduğu fikrinə düşmələrini istəmədikləri üçün orqazm təqlidi edirlər. Bu məqaləmizdə sizə doğru və yalan orqazmı ayırd etməyin yollarından danışacağıq. Seksoloqların sözlərinə görə, qadın həqiqi orqazm zamanı aşağıda göstərildiyi kimi davranır. Bu hərəkətlərə diqqət yetirərək siz onun həqiqətən də orqazm olduğunu və ya sadəcə sizi “sevindirmək” üçün belə davrandığını hiss edə bilərsiniz.

1. Orqazm zamanı qadının ürək döyüntüləri sürətlənir, tənəffüs sayı artır, qan təzyiqi yüksəlir.
2. Orqazmdan qısa bir zaman əvvəl burunun sulanması və boğaz quruduğu üçün udqunmağa tələbat yaranır.
3. Boğazda sinənin arasında qızarma Ardı »

Kişi yataqdaSekslə bağlı bildiyimiz yalanlar

Nə qədər çox danışılan mövzu olsa da, bu barədə mütəxəssis fikri ilə insanlar arasında yayılan şayiə arasında kifayət qədər uyğunsuzluq var. İndi sizinlə peşəkar psixoloq və seksoloqların cinsi münasibət haqqında fikirlərini bölüşmək istəyirik. Əminik ki, aşağıdakı faktları oxuyarkən siz də “mən bunun əksini eşitmişdim”, “axı, mənə belə deməmişdilər” deyəcəksiniz.

1.Seksin insan vücuduna müsbət təsir göstərdiyi hər kəsə məlumdur. O, sağlamlıq baxımından xeyirlidir, amma xəbəriniz olsun ki, xəstə olduğunuz zaman yaşadığınız cinsi münasibət sizin sağlamlığınıza müsbət yox, mənfi yöndə təsir göstərəcək. Əslində ciddi əhəmiyyət verməsəniz də, qrip və bu kimi keçici xəstəliklərə yoluxduğunuz halda, cinsi əlaqə ilə məşğul olmaq bu xəstəliyin daha da Ardı »

Kişi yataqdaKişilər üçün seksuallıq

Sevdiyiniz kişinin gözündə seksual görünüb onu başdan çıxarmaq istəyirsinizsə, bu məqaləni mütləq oxumalısınız!

Sevgilinizlə baş-başa möhtəşəm gecə keçirmək, onun qarşısında heç vaxt olmadığınız qədər seksual görünmək istəyirsinizsə, bəzi detallara fikir verməlisiniz. Geyimi və makyajı qabartsanız, cazibədar deyil, gülməli və acınacaqlı hala düşə bilərsiniz. Zövqlər müxtəlif olsa da, kişilərin bu barədə ortaq fikirləri var. Demək olar ki, hamısı eyni fikirdədir.

Bəs kişilər nələri seksual hesab etmir?

Qırmızı dodaq boyasını sevməyən qadın yoxdur, ancaq sevgilinizlə ehtiraslı bir gecə keçirmək istəyirsinizsə, qıpqırmızı dodaqlarla onun qarşısına çıxmayın. Qonaqlıqlar, toylar və başqa gecələrdə qırmızı pomada əla seçim olsa da, öpüşmək üçün heç də uğurlu rəng deyil…
Təkcə qırmızı pomada deyil, Ardı »

Kişi yataqdaSeks öldürür

Seks təzyiqi aşağı salır, stresi azaldır, immuniteti gücləndirir, eyni zamanda bol miqdarda kalori itirməyimizə şərait yaradır. Ancaq bütün bunlarla yanaşı, seksin mənfi tərəfləri də var.
Məsələn, əgər müntəzəm olaraq idmanla və ya sekslə məşğul olmursunuzsa, tək gecəlik yaşadığınız cinsi münasibət səhhətinizə olduqca mənfi təsir göstərir.
Bu nəticəyə gəlmək üçün Bostonlu araşdırmaçılar minlərlə insan üzərində təcrübə aparıblar. Təcrübənin nəticələri bu vaxta qədər irəli sürülən bir çox fikirləri alt-üst edib. Təcrübə nəticəsində məlum olub ki, cinsi həyat ürəyə çox böyük təsir göstərir. Buna görə də əgər müntəzəm olaraq idman və ya sekslə məşğul olmursunuzsa, uzun müddətlik fasilədən sonra qarşı cinslə yaşadığınız bir gecə sizin səhhətinizə Ardı »

Kişi yataqdaSeks beyni gücləndirir

Mütəxəssislər sekslə məşğul olmağın insan orqanizminə təsiri barədə müxtəlif araşdırmalar aparır və bəzən bizim marağımıza səbəb ola biləcək maraqlı nəticlər əldə edirlər. ABŞ-da aparılan bu araşdırmalardan birinin nəticəsində isə belə məlum olub ki, sekslə məşğul olmaq insan zəkasını inkişaf etdirir. Maryland Universitetində elm adamlarının apardıqları uzunmüddətli tədqiqat nəticəsində orta yaşlı sıçanların cütləşdikdən sonra beyin hüceyrələrinin inkişaf etməyə və daha da çoxalmağa başladığı müşahidə edilib.
Araşdırmalar eyni zamanda onu deməyə əsas verir ki, tez-tez cinsi əlaqədə olan insanların beyin gücü günü-gündən artır, uzun müddət cinsi əlqədə olmayan heyvanların isə zamanla beyin hüceyrələri məhv olmağa başlayır.
Sıçanlar üzərində aparılan digər bir araşdırmanın nəticəsi də olduqca Ardı »