Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəl, tanış olaqSevgini etiraf etmədən öncə …

Bəzən biz kişilər sevdiyimiz, bəyəndiyimiz qadınlara yaxınlaşmaqda çətinlik çəkirik. Onun bizə qarşı olan münasibətini bilmədiyimiz üçün yox cavabı almaqdan qorxuruq. Əslində bu o qədər də yalnış düşüncə sayılmaz. Sonradan xəyallarınızın puç olmağını istəmirsinizsə, həmin qadına sevgi elan etməzdən öncə ona olan rəğbətinizi bildirməyə çalışın. Əgər həmin qadın da sizə qarşı eyni münasibəti bəsləyirsə, göndərdiyiniz sətiraltı mesajları mütləq başa düşəcək. Amma bunun əksi də ola bilər. Əgər həmin qadın sizi bəyənmirsə, onun xoşuna gəlmək üçün etdiyiniz hərəkətlərin fərqində olsa da, bunları görməzdən gələcək. Olsun, yenə də heyfislənməyə dəyməz. Ən azından siz özünüzü boş yerə ümidləndirmiş olmayacaqsınız. İndi bir qadından xoşunuz gəldiyini bildirmək Ardı »

Gəl, tanış olaqTək gecəlik münasibət xəyanət deyil

Sevdikləri insan tərəfindən aldadılan, xəyanət edilən tərəflər əksər hallarda çıxış yolunu ayrılıqda görürlər. Xəyanətin səbəbləri isə müxtəlif olur: bəzən iki-üç dəqiqəlik hisslərinə hakim ola bilməmək, bəzən qarşı tərəfdən qisas hissi, bəzən cinsi təlabat və.s
Çoxlarımız xəyanəti bağışlanılmaz səhv hesab etsək də, İngiltərədə aparılan bir araşdırma göstərib ki, xəyanətə qarşı bütün insanların münasibəti heç də eyni deyil. Adı çəkilən araşdırma zamanı məlum olub ki, əksər hallarda evlilik həyatının qayda-qanunlarından, standart yaşam tərzindən sıxılan insanlar tek gecəlik münasibətlərə maraq göstərirlər. Ən maraqlı məqam isə ondan ibarətdir ki, cütlüklər sevgililərinin tək gecəlik münasibətlərə, yəni xəyanətə qarşı olan bu marağını anlayışla qarşılayırlar. Bu mövzuda aparılan sorğuda Ardı »

Gəl, tanış olaqQısaboylular yataqda daha aktiv olur

Əksər qadınlar üçün uzunboylu, əzələli kişilər ideal sevgili obrazıdır. Amma araşdırmalar göstərir ki, zərif cinsin nümayəndələri uzunboylu kişiləri nə qədər yaraşıqlı hesab etsələr də, əslində qısaboylular uzunboylulara nisbətən daha sağlam və daha etibarlı olurlar. İndi bu mövzuda aparılan araşdırmalar zamanı əldə edilən digər nəticələrə də diqqət yetirək.

Özlərinə qarşı daha inamlı olurlar
Əziz xanımlar, əgər sizin ondan uzun olmağınıza baxmayaraq qısaboylu bir kişi sizə yaxınlaşıb tanışlıq təklif edirsə, əmin olun ki, o bu istəyinə gec ya tez nail olacaq. Çünki bu insanlar əksər hallarda atdıqları bütün addımlarda özlərinə inanırlar və çıxdıqları heç bir yoldan əliboş qayıtmağı sevmirlər. Əgər o sizə yaxınlaşıbsa, deməli yox Ardı »

Gəl, tanış olaqOnu başdan çıxarmağın yolları

Bu dəfəki məqalədə sizə qadınların diqqətini çəkən əsas kişi xüsusiyyətləri, geyim və davranışları haqqında məlumat verəcəyik. Aşağıda sadalananlara diqqətlə fikir verin. Kim bilir bəlkə siz elə bununla bəyəndiyiniz qadının qəlbinə gedən yolu da tapmış olacaqsınız?!

Qırmızı köynək
“University of Rocheste” in araşdırmalarına görə, qadınlar qırmızı geyinən kişiləri daha cazibədar hesab edirlər. Tarixi və mədəni baxımdan nəzər saldıqda da qırmızı güc və zənginlik rəmzi hesab edilir. Rəngələri tonuna görə qadın və kişi rəngləri kimi qruplara ayırmaq artıq geridə qaldı. “Qırmızı kişi rəngi deyil” kimi deyimləri unudun. Mütəxəssislər hesab edir ki, qadınlar xüsusilə qırmızı köynək geyinən kişiləri daha maraqlı hesab edirlər.

Rəqs hərəkətləriniz
“Biology Letters” in araşdırmasına Ardı »

Gəl, tanış olaqKöhnə sevgilini unutmağın ən asan yolu

Sevdiyiniz insanla ayrıldığınız zaman onu unutmağınız üçün həftələr, aylar, hətta illər lazım ola bilər. Bu müddət ərzində yada düşən keçmiş xatirələr, xoş günlər uzun müdəət əzab çəkməyinizə səbəb olacaq, amma hər şeyin əvvəlki halına qayıtmasına ümidiniz yoxdursa, onunla aranızda olan bütün münasibətin bitdiyini düşünürsünüzsə, bundan sonrakı həyatınıza qaldığınız yerdən davam etməyiniz üçün hər şeyi unutmaq lazımdır. Bunun üçün sizə kömək olacağını düşündüyümüz bir neçə məsləhət vermək istəyirik.

Bütün hisslərinizi sözə çevirin
Ayrılıqdan sonra bütün hisslərinizi, kədərinizi ətrafdan gizlətmək, ürəyinzə atmaq sizə daha çox əzab verəcək. Bundansa daha yaxşı olar ki, bütün hisslərinizi, fikirlərinizi özünüzə yaxın hesab etdiyiniz biri ilə bölüşəsiniz.Danışdıqca rahatladığınızı özünüz də Ardı »

Gəl, tanış olaqKişini ələ almaq üçün…

Qadınlar bəzən kişilərin onlara zaman ayırmadığından şikayətlənirlər. Onlar düşünürlər ki, kişilər sevgililəri ilə vaxt keçirməkdənsə, eyni vaxtı dostları ilə bölüşməyə üstünlük verirlər. Bəs, əziz xanımlar, heç özünüzdən bunun səbəbini soruşmusunuz? Günahı özünüzdə axtarmağa çalışmısınız? Sizcə, həyat yoldaşınız, sevgiliniz üçün dostu ilə vaxt keçirmək niyə daha maraqlıdır?

Əgər bir müddətdən sonra sevgilinizin sizdən uzaqlaşmasını istəmirsinizsə, onların sizdə görmək istədiyi keyfiyyətləri bilməli, maraqlandığı məşğuliyyətlərə, ümumiyyətlə, onun haqqında hər bir detala fikir verməlisiniz. Unutmayın ki, siz kişilərdən diqqət tələb etdiyiniz kimi onlar da bunun eynisini sizdən gözləyirlər.

İndi isə, əziz qadınlar, buyurun, kişinin bir qadında əhəmiyyət verdiyi əsas xüsusiyyətlər barədə tanış olun.

1. Onunla eyni Ardı »

Gəl, tanış olaqKişiləri ehtiraslandıran ətirlər

Fərqli ətirlər insanlara müxtəf cür təsir göstərir. Zövqlərdən aslı olaraq ətirə yanaşma forması da dəyişir. Amma elə ətirlər, qoxular var ki, onlar əksər insanlara eyni cür təsir edir.
Demək olar ki, əksər kişilərin sevdiyi, onlara təsir edən qoxular eynidir. Bu dəfəki məqaləmizdə saytımızın xanım oxucularına qarşı tərəfi yoldan çıxaran ətirlər haqqında məlumat istəyirik.
Əziz xanımlar, buyurun sevdiyiniz insanı ələ keçirməyin ən sadə yollarından biri haqqında tanış olun.

Darçın:
Cənubi Hindistan və Şri Lankaya xas olan bu ədviyyat kişilərin ağılını başından almaqda ən təsirli qoxulardan hesab edilir. Afrodizyak tərkibli olan darçın cinsi istəyi artırır. Buna görə də qədim zamanlardan bəri bu ətirdən kişiləri ələ almaq məqsədilə Ardı »

Gəl, tanış olaqQadınları dözülməz edən cəhətlər

Qadınlar çox vaxt sevgililərinin onlara əvvəlki kimi xoş, incə davranmadığından şikayətlənirlər. Əslində isə bütün münasibətlər bu sonluğu yaşamağa məcbur deyil. Əziz qadınlar, əgər istəsəniz, sevdiyiniz kişinin uzun müddət sizi ilk günkü kimi sevməsini təmin edə bilərsiniz. Bunun üçün sadəcə kişilərin qarşı tərəfdə sevmədiyi xüsusiyyətlər, onun sizdən uzaqlaşmasına səbəb olan hərəkətlər barədə məlumatlı olmalı və mümkün qədər bu davranışlara yol verməməlisiniz. Elə buna görə də bu dəfəki məqaləmizdə kişilərinə dəyər verən qadınlarımız üçün bəzi məsləhətlərimiz olacaq.
Kişilərin qadınlarda əhəmiyyət verdiyi ən birinci özəllik xarici görünüşdür. Çox vaxt qadınlar evlilikdən sonra xarici görünüşlərinə o qədər də diqqət yetirmirlər. Bunun səbəbini isə işlərinin çox olması Ardı »