Gəl, tanış olaq → Sevən qadınlar münəccimdir
Əksər hallarda insanlar bir-birinə çox bağlı olan cütlüklər haqqında belə bir ifadə işlədirlər: “Onun ürəyi filankəslə döyünür”. Əslində bizə sadə görünən bu cümlə heç də əsassız yerə işlənmir. ABŞ-da aparılan bir araşdırma sübut edib ki, bir-birini sevən insanların ürəyi eyni temp üzrə döyünür.
Kaliforniya Universitetinin professoru Emilio Ferrerin bir-birini sevən 32 cütlük üzərində apardığı araşdırma sübut edib ki, əksər hallarda sevgililərin ürəyinin döyünmə sürəti, nəfəs alıb-vermə müddəti bərabər olur.
Professor və onunla birlikdə bu araşdırmanı həyata keçirən alimlər təcrübədə iştirak edən cütlükləri eyni otaqda qarşı-qarşıya əyləşdiriblər. Bu zaman onların ürək döyüntüləri texniki qurğular vasitəsilə ölçülüb. Araşdırmaçılar bu qənaətə gəliblər ki, bir-birini sevən insanlar Ardı »