Körpəyə qulluq → Uşağı söyüşdən necə çəkindirməli?
Biz bir gündə anadan olmuşduq...
Analarımızın rəfiqə olduğu üçün ikimizi də biryerdə dünyaya gətirmişdilər...
...Sanki nağıldı hekayəmiz...
Hətta anam deyir ki, bizi biryerə yatırırmışlar və "2 mələk" adı verirmişlər.
...Sanki nağıldı hekayəmiz...
İlk dostum da sən oldun, gözümü açandan ilk gördüyüm oğlan idin...
Səninlə oynayıb qutarandan sonra da səni düşünürdüm.
...Sanki nağıldı hekayəmiz...
Uzaqdan məni görüb qaçaraq yanıma gələrdin, əlində də gül, hansı gül ki, adicə otun içində qəfildən bitib, lazımsız bir çiçək... mənim üçün bir buket anlamı daşıyırdı... çünki onu sən hədiyyə eləmişdin...
...Sanki nağıldı hekayəmiz...
Mənim əsl dostum, həmişə yanımda idin. Paltarlarımızı belə cüt geyərdik.
Anan sənə şirin kökə bişirərdi, tək yeməzdin, mənimlə bölüşərdin...
...Sanki nağıldı Ardı »