Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpəyə qulluqAna südünün təbii vasitələrlə artırılması

Südəmər uşağın əsas yeməyi ana südüdür. Ana südünün tərkibi inək , qoyun, keçi südündən fərqlənir ( ana südündə olan yağlar , inək südündə və başqa südlərdə olan yağlardan tam fərqlənir). Bundan başqa heyvan südündə bu və ya başqa maddələr ana südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə qarışdırıb vermək lazımdır. Lakin ana südündə olan maddələr inək südündə az olduğu üçün bura şəkər və düyü unu qatmaq lazım gəlir. Ana südündə olan qoruyucu maddələr körpəni yolxucu xəstəliklərdən qoruyur və bir çox xəstəlikləri asan keçirməyə kömək edir.
Ana südü beyində hipoviz vəzi tərəfindən yaradılan prolaktin hormonu ilə Ardı »

Körpəyə qulluqGecə ağlayan körpələri necə sakitləşdirməli?

Körpəniz hələ də gecənin bir yarısı döş ya da əmzik üçün oyanıb yata bilmir? 3-4 aylıqdırsa, bunda bir problem yoxdur. Lakin 6 aylıqdırsa artıq yeməyə ehtiyacı olduğu üçün deyil, onda vərdiş halına gəldiyi üçün oyanır. Bu da valideynlər üçün pisdir. Gecənin yarısında artıq 6 aylıq körpənin ağlamasına oyanmaq hamını narahat edər.
Nə edəcəyik? Əslində körpənin gecə boyu ağlaması ac olduğundan deyil, yalnız vərdiş olduğu ağlayır. Buna görə də buraxın uşağınız ağlasın. Əvvəlcə qulağa olduqca pis gəlsə də, bir müddətdən sonra sakitləşəcək. İnanmaqda çətinlik çəksəniz də, onu ağlamağa buraxma üsulu ən yaxşı üsuldur. Bu üsul, onu narahat etdiyindən daha çox sizi narahat Ardı »

Körpəyə qulluq3 yasli usaqlar usaq bagcasina getmelidirmi?

Bildiyiniz kimi son dövrlərdə dövlət və özəl məktəbə qədər təhsil ocaqlarının sayı gündən günə artır. Bilirik ki, məktəbəqədər təhsil intellektual, fiziki və psixoloji inkişafı sürətləndirmək üçündür. Uşağın potensial imkanlarının üzə çıxarılmasında, məktəbə hazırlanmasında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasında bağçalara mühüm rol ayrılıb. Maddi
sərvətlərin insan
kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisəsində qoyulmalıdır.
Bəs 3 yaşına qədər uşaqlar uşaq bağçasına göndərilməlidirlərmi ?
Əgər mümkünsə, uşaq 3 yaşina qədər heç bir uşaq müəssəsinə göndərilməməlidir. Əgər ana isləyirsə, bu müddət ərzində işinə fasilə verməlidir və Əmək qanunlarına əsasən 3 illik analıq məzuniyyətinə çıxmalıdır.Əgər bu mümkün deyilsə, uşağini nənəsinin və ya Ardı »

Körpəyə qulluqƏrköyün uşaqlar əsəbi olur

Uşağın səni idarə etməsinə icazə vermə!
Uşaqların ailədə “hakimiyyət” sahibi olmağı, evdə valideynlərinə yardım edib-etməsi ilə müəyyənləşdirmək olur. Evdə bütün işləri ana-ata edirsə, ən xırda işdə belə valideynlərinə yardım etmirsə, bu, onların məsuliyyətsiz olduğunu göstərir.
Ərköyün uşaqların qarşılaşdığı problemlər aşağıdakılardır:
1. Belə uşaqlar başqa insanlarla qarşılıqlı hörmət, istəklərinə və duyuğularına anlayış göstərməyi öyrənə bilməz.
2. Ana və atalarına öz istədiklərini etdirməyi bacaran uşaqlar eyni şeyi başqa insanlardan da gözləyər. Yad insanlardan da eyni şeyi görmədikdə dava-dalaş çıxara bilərlər. Belə halda isə qarşıdurma yarana bilər.
3. Hər zaman evdə diqqət mərkəzində olması, digər yerlərdə “əsas rolda” olmaq istəyinə gətirib çıxarar. Dünyanın ancaq onun Ardı »

Körpəyə qulluqAna südünün özəlliyi

Yeni doğan körpə üçün ən ideal qida ana südüdür. Uşağın ana südü ilə bəslənməsinin saysız faydaları vardır. Doğumdan dərhal sonra əmizdirməyə başlayan ananın əvvəllər az miqdarda gələn südü, körpənin əmmə xəbərdarlığı ilə qısa zamanda artacaq.
Ana Südünün Xüsusiyyətləri:
-Ana südü tək başına ilk 4-6 ayda D vitamini xaricində körpənin bütün qida ehtiyaclarını qarşılayar.
-İnək südünə və hazır mamalara görə həzmi çox daha asandır. Çünki ana südü körpədə tapılmayan və həzmə köməkçi olan fermentləri (lipaz, amilaz kimi) ehtiva edər.
-Körpənin böyümə və inkişafı üçün lazımlı mineralların (sink, dəmir) emilimini asanlaşdırar.
-Ana südündə körpənin böyüməsində çox əhəmiyyətli olan maddə (linoleik turşu) inək südündən 8 qat daha çoxdur.
-Zülal və Ardı »

Körpəyə qulluqAnalar uşaqlarını daha çox əzizləməlidir

Yeni Zelandiya alimləri müəyyənləşdiriblər ki, ana nəvazişi və öpüşü uşaqları bir çox xəstəlikdən qoruyur. Bu təcrübədə hamilə qadınlar iştirak ediblər. Doğuşdan dərhal sonra həkimlər uşaqların sağlamlıq durumlaını nəzarət altına alıblar. Məlum olub ki, anaları tərəfindən daha çox əzizlənən, öpülən və qucaqlanan uşaqlar müxtəlif infeksion xəstəliklərə daha az yoluxurlar. Araşdırmalar bu bağlılığın səbəblərini üzə çıxarıb. Məlum olub ki, analar körpələrini qucaqlayan zaman uşağa bakteriyalar ötürür. Bu bakteriyalar isə sonradan müəyyən xəstəliklərə qarşı immunitet yaradır. Bu səbəbdən pediatrlar analara uşaqlarını dah çox əzizləməyi məsləhət görürlər. Bu, uşaqların normal inkişafı üçün də çox vacibdir. Ardı »

Körpəyə qulluqAsanca uşağınızın altını bağlayın

Analar müjdə! Uşağınıza bez bağlarkən çətinlik çəkirsinizmi? Kiçik azmağınınıza bez bağlarkən çətinlik çəkməməniz üçün təkliflərimiz;
Bez dəyişdirməyi döyüş halına gətirmədən etməniz lazım olanlar;
Əgər çılpaq qalmaq istəsə icazə verin; təbii ki uyğun olan sahələrdə. Gerçək budur ki uşaqlar təbii olaraq bədənləriylə əlaqədar çox maraqlıdırlar buna görə çılpaq olmaqdan bu qədər xoşlanarlar. Bez dəyişməsi arasında qısa bir havalanma zamanı eyni zamanda bez pişiği içində bir tədbirdir.
Əgər kömək etmək istəsə; ona edə biləcəyi bir iş tapın. Məsələn bez bağlarkən istifadə edəcəyiniz vəsaitləri tuta bilər, körpə bezi və ya qapağının bağlı olduğundan əmin olduğunuz bir krem kimi. Sizin altını təmizləyərkən bitirdiyiniz təmizlikdən sonra altını Ardı »

Körpəyə qulluqUşagın ana - ata ilə yatması dogrudurmu?

Körpələrin ana-atası ilə eyni otaqda yatmaları ehtiyaclarının qarşılanması baxımından təbiidir. Amma 6 aylıqdan sonra və ya körpəlikdən uşaqlığa keçiş dövrlərində uşağın ana-ata ilə yatması mütəxəssislər tərəfindən doğru qarşılanmır.
Zaman zaman hər uşaq gecənin bir yarısı müxtəlif səbəblərdən ötəri ana-atasının yanına getmək istəyə bilər. Bu səbəblərin ən başında qorxu gəlirkən, bunu tualet ehtiyacı, güvən və sevgi ehtiyacı izləyər. Yaxşı, uşağınız yanına gəldiyində nə etməlisiniz?
Edilməsi lazım olanlar:
Uşağınızın özünə inamının inkişafını, öz-özünə çatan fərdlər olaraq yetişməsini istəyirsinizsə onları otaqlarına geri göndərib tək yatmalarını təmin etməlisiniz. Bunu etmək analıq instinktlərinə tərs kimi görünsə də, mütəxəssislər bunun doğru olduğunu və ana-ata ilə yatmanın dərhal bir Ardı »