Körpəyə qulluq → Uşaqlarda hərarət və qızdırmanın qalxması
Valideynlər bilməlidir ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, hər hansı bir xəstəliyin əlaməti deyil. Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək olması normal hesab edilir. 1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.
Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda - qaçdıqda, atılıb-düşdükdə, Ardı »