Körpəyə qulluq → Uşağa şirəni necə vermək olar?
Əvvəllər meyvə və tərəvəz şirələri körpələrə 1 aylığından etibarən verilirdi.
Sonralar isə, sübut olundu ki, körpənin fermentativ sisteminin qeyri-yetkinliyi səbəbindən şirələr uşaq orqanizmi tərəfindən çətinliklə mənimsənilir.
Şirələr uşağın fermentativ sistemin fəal və düzgün işləməsini tələb edir. Şirələrin qəbulu uşağın (xüsusilə körpə uşağın) mədə-bağırsaq və immun sistemini ciddi yükləyir və bir çox uşaqların orqanizmi bunun öhdəsindən gələ bilmir. Nəticədə şirə qəbulundan sonra uşaqlarda qarın köpü, ishal, dəridə səpgilər və qızarma əmələ gəlir.
Bu səbəbdən, bir çox pediatrlar şirələrin yalnız uşağın 1 yaşından sonra verilməsini tövsiyə edirlər.
Şirələr çox xeyirlidir. Onlar uşağın iştahasını artırır, qəbizliklə mübarizədə kömək edir, uşağın orqanizmini bir çox ona lazım olan vitamin və Ardı »