Körpəyə qulluq → Uşaqlara Peyvəndlər lazımdırmı?
Uşaq infeksion xəstəlikləri çox təhlükəli olub, bəzi hallarda çox ağır keçərək əlilik və hətta ölümlə də nəticələnə bilərlər.
Uşaq infeksion xəstəliklərinin ən əsas profilaktik üsulu uzun illər ərzində vaksinasiya olub. Soruşa bilərsiniz - niyə "olub"? Məsələ ondadır ki, yaxın illər ərzində bir qrup valideynlərdə (əsasən KİV təsiri nəticəsində) belə bir fikir yaranıb ki, peyvəndlər böyük bir "bəladır" və uşağın sağlamlığı naminə onlardan mütləq imtina etmək lazımdır. Bu valideynlər (nəzərinizə çatdıraq ki, onların 99,9 % uşaqlıqda peyvənd olunublar və sağ salamatdırlar) yazılı surətdə peyvəndlərdən imtina edir və digər "ağılsız" valideynlərə bunu etməyi məsləhət görürlər. Peyvənd əleyhdarları belə bir dəlil gətirirlər ki, peyvənd uşağın Ardı »