Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ANA ŞEİRLƏRİAna ürəklidi

Sınsa kuklası
Ağlayarlar hey
Körpə vaxtından
Özləri bəbə ,
Saxlayrlar hey
Ana ürəklidi
Qız uşaqları.

Yemək verərlər
Layla deyərlər .
Böyük qardaşa
Çay dəmləyərlər.
Ana ürəklidi
Qız uşaqları.

Ev süpürərlər
Paltar tikərlər,
Evin içində
Evcik tikərlər .
Ana ürəklidi
Qız uşaqları. Ardı »

ANA ŞEİRLƏRİAna haqqında şeir

Quş uçmaq istədi, Allah qanad verdi.
O süzdü havanı, gəzdi dünyanı
Qarışqa zəhmətkeş olmaq istədi,
Tanrının hökmü ilə, qüvvət verildi.

İnsanın da arzusu vardı tanrıdan
Bu arzu yaşamaq, yaşamaq idi.
Tanrı da insanın bu arzusunu
Yerinə yetirdi bir mələk verdi

İnsanı yaşadan bax bu mələkdir
Bu mələk anadır, ana mələkdir.
Anasız heç bir şəxs yaşaya bilməz
Ananın əlində o ölə bilməz.

Ona görə yox ki qorxur ölümdən.
O qorxur ananın kövrəlməsindən.
Ananın gözündən axsa əgər yaş
Övladın dünyası dağılacaqdır. Ardı »