Heyvanlar aləmi → Dəvələr
Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətlərilə seçilir. Allahın diqqət çəkdiyi bu canlı barəsində hətta «Qurani-Kərim»in müxtəlif ayələrində də bəhs olunur. Dəvə barəsində Azərbaycan folklorunda da ibrətamiz kəlamlar çoxdur. «Övladda nəvə, dövlətdə dəvə», «Dəvə kimi kinli», «Dəvədən böyük fil də var» kimi atalar sözlərini buna misal göstərmək olar.
Xüsusiyyətləri
Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Ardı »