Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaricdə təhsilKanadanın ali təhsil sistemi

Ölkənin təhsil sisteminə dövlət məktəbləri daxil olduğu kimi, özəl məktəblər də daxildir. Konstitusiyaya görə təhsil yalnız əyalətin ixtiyarında yerləşir. Nəticədə, müxtəlif ölkələrdə təhsil sistemi əhəmiyyətli dərəcədə müxtəlif ola bilər. Lakin, ümumilikdə ölkədə təhsil standartları eyni dərəcədə yüksəkdir. Kanada universitetlərinin diplomları bütün dünyada tanınır. Kanada universiteləri müasir maddi-texniki avadanlıqla təchiz edilir və yaxşı kitabxanaları var. Kanad ali məktəblərinin əsas tərəfi elm və təcrübə ilə sıx əlaqədir. Ümumilikdə Kanadanın ali təhsil sistemi ABŞ ali təhsil sisteminə uyğundur.

Bir halda ki, Kanadada iki dövlət dili - ingilis və fransız dili var, tələbələr bu iki dillərdən birində təhsil ala bilər. Bəzi universitetlərdə təhsilin iki dildə Ardı »

Xaricdə təhsilKolumbiya Universiteti

Kolumbiya Universiteti (Columbia University) ABŞ-ın ən məşhur universitetlərindən biridir və Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Universitet ABŞ-ın səkkiz ən nüfuzlu ali məktəblərini birləşdirən Sarmaşıq liqasına daxildir. Universitetin rəsmi sənədlərində belə qeyd olunub: "Nyu-Yorkda birinci, ölkədə beşinci, özəl, azad məsləkli".

Yerləşir:Nyu-York şəhəri, ABŞ
Yaranma tarixi:1754-cü il
Tipi:Özəl
Prezidenti:Li C. Bollincer
İşçi heyəti:3566 nəfər
Tələbələrin sayı:6978 nəfər
Aspirantların sayı:15985 nəfər
Rəsmi saytı:www.columbia.edu
Tarixi
Harvard (1636), Yel (1701), Prinston (1746), Pensilvaniya (1751) universitetləri kimi Kolumbiya Universitetinin tarixi də ABŞ-ın tarixindən qədimdir. 1754-cü ildə yaranan bu təhsil ocağı tez bir müddətdə siyasi elita yetişdirməyə başlayıb.

XVIII əsrin əvvəllərində Nyu-York əhalisinin sayı sürətlə artırdı və burada universitetə böyük ehtiyac var idi, lakin İngiltərə kralları, nədənsə, bu məsələni Ardı »

Xaricdə təhsilÇində əcnəbi tələbənin yaşadıqları

Əgər sən bir çinliyə bənzəmirsənsə, o zaman küçədə insanlar səni barmaqla göstərib səni müzakirə etməyə başlayacaqlar.

Çin yataqxanasının standart otağında 6, yaxud 8 tələbə yaşayır.

Bu yataqxanalarda mətbəx yoxdur və hər mərtəbədə cəmi 1 yaxud 2 ayaq yolu var.

Qızlar və oğlanlar ayrı yaşayır.

Məktəblərdə dərslər 8.00-da başlayır və 17.00-da bitir. Dərslər vaxtından bir az əvvəl bitə bilər. Lakin şagirdlər buna baxmayaraq, siniflərdə oturmalı və dərslərini hazırlamalıdırlar.

Valideynlər hər gün şagirdləri məktəbə gətirir və evə aparırlar. Çünki burada çox tez-tez uşaqlar oğurlanır, əlləri, barmaqları, ayaqları sındırılır və əvəzində pul istənilir.

Bu ölkədə ən yaxşı müəllimlər eyni sinifdə 70-90 şagirdə dərs keçən müəllimdir. Müəllim nə qədər pisdirsə, bir Ardı »

Xaricdə təhsilEdinburq Universiteti

Edinburq Universiteti (University of Edinburgh) Avropanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet Böyük Britaniyada, Şotlandiyanın paytaxtı Edinburq şəhərində yerləşir. Böyük Britaniyanın ən gədim təhsil ocaqlarından olan bu universitet Şotlandiyada yaradılan dördüncü universitetdir. Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən "Russell Qrupu"na, eləcə də, "21 universitet" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Edinburq Universiteti 100 ən yaxşı ali məktəb arasında 21-ci yerdə sıralanıb.

Yerləşir:Böyük Britaniya, Edinburq şəhəri
Yaranma tarixi:1582-ci il
Tipi:Dövlət
İllik gəlirləri:592 milyon funt-sterlinq
(1 funt-sterlinq 1,6 ABŞ dollarına bərabərdir)
İşçi heyəti:6983 nəfər
Tələbələrin sayı:26138 nəfər
Rəsmi Ardı »

Xaricdə təhsilMiçiqan Universiteti

Miçiqan Universiteti (University of Michiqan) Amerikanın ən nüfuzlu və tanınmış dövlət ali məktəblərindən biridir. Universitet ABŞ-ın Miçiqan ştatının Enn Arbor şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Miçiqan Universiteti 100 ən yaxşı ali məktəb arasında 19-cu yerdə sıralanıb. Bu ali təhsil müəssisəsi Amerika Universitetləri Assosiasiyasının ilk üzvlərindən biridir.

Yerləşir:ABŞ, Miçiqan ştatı, Enn Arbor şəhəri
Yaranma tarixi:1817-ci il
Tipi:Dövlət
İllik gəlirləri:4,1 milyard ABŞ dolları
İanə fondu:7,57 milyard ABŞ dolları
İşçi heyəti:6238 (akademik heyət), 38000 (inzibati heyət)
Tələbələrin sayı:56000 nəfər
Rəsmi saytı:www.umich.edu
Tarixi
Miçiqan Universiteti 1817-ci ildə Detroyt şəhərində Miçiqan ştatının qubernatoru və hakimləri tərəfindən Ardı »

Xaricdə təhsilKornell Universiteti

Kornell Universiteti (Cornell University) ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir. Kornell Universiteti ABŞ-ın səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür. Kornell Universitetinin İtakada yerləşən əsas kampusdan əlavə, Nyu-York şəhərində və Qətər dövlətində də kampusları mövcuddur. "U.S. News & World Report" ("ABŞ xəbərləri və dünya hesabatı") jurnalının reytinqinə görə, Kornell Universiteti Amerikada mühəndislik elmləri və mühəndislik fizikası sahələri üzrə birinci, psixiatriya və ortopedik cərrahiyyə üzrə isə ikinci yerdə dayanır. Böyük Britaniyanın "Times Hiqher Education Supplement - QS World Universities Rankings" jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə Ardı »

Xaricdə təhsilXaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" öz işinə start verib. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələrlə bölüşmək, ölkəmizin inkişafı üçün birlikdə çalışma əzmlərini inkişaf etdirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ilk dəfə forum 2001-ci ildə keçirilib və o zaman onun təşkilatçıları məhz o illərdə dünyanın bir çox nümfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclər olub.

Xaricdə təhsil alan gənclərin sayının artıdığını diqqətə çatdıran nazir müavini söyləyib ki, ölkəmizin sürətli iqtisadi inkişafı Ardı »

Xaricdə təhsilRusiyanın ali təhsil sistemi haqqında ümumi məlumatlar

Rusiyada ali təhsilin kifayət qədər uzun müddətli tarixi var. Rusiyanın bir çox universitetlərində çoxlu nəsil görkəmli alimlər yetişdirən elmi məktəblər quraşdırılıb. Rusiya ali məktəbi sanballı təhsil proqram xarakteri ilə fərqlənir, bu gün universitetlərin bir çox fakültələri mütəxəssislər hazırlayan sistemlə yanaşı çox yayılmış ikisəviyyəli magistr hazırlığını təklif edir. Dərs ili sentyabrda başlayır və iyunda sona çatır.
Təhsil proqramları
Bakalavr. Təhsil müddəti – 4 ildir. Bu mərhələni bitirəndən sonra məzunlar “Bakalavr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.

Magistratura. Təhsil müddəti – 2 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirəndən sonra məzunlar “Magistr” dərəcəsinə yiyələnmiş ali təhsil alır.

Mütəxəssis. Təhsil müddəti – 5 ildir. Bu mərhələni müvəffəqiyyətlə bitirəndən sonra məzunlar “Mütəxəssis” Ardı »