Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çində əcnəbi tələbənin yaşadıqları

Əgər sən bir çinliyə bənzəmirsənsə, o zaman küçədə insanlar səni barmaqla göstərib səni müzakirə etməyə başlayacaqlar.

Çin yataqxanasının standart otağında 6, yaxud 8 tələbə yaşayır.

Bu yataqxanalarda mətbəx yoxdur və hər mərtəbədə cəmi 1 yaxud 2 ayaq yolu var.

Qızlar və oğlanlar ayrı yaşayır.

Məktəblərdə dərslər 8.00-da başlayır və 17.00-da bitir. Dərslər vaxtından bir az əvvəl bitə bilər. Lakin şagirdlər buna baxmayaraq, siniflərdə oturmalı və dərslərini hazırlamalıdırlar.

Valideynlər hər gün şagirdləri məktəbə gətirir və evə aparırlar. Çünki burada çox tez-tez uşaqlar oğurlanır, əlləri, barmaqları, ayaqları sındırılır və əvəzində pul istənilir.

Bu ölkədə ən yaxşı müəllimlər eyni sinifdə 70-90 şagirdə dərs keçən müəllimdir. Müəllim nə qədər pisdirsə, bir o qədər sinfində az şagird olur.
Əgər sən əcnəbisənsə sənin üçün əşyalar və paltar 3-4 dəfə bahadır.

Ən yaxşısı alış-verişə bir çinli ilə getməkdir. Bu zaman səni daha az aldadırlar.

Əgər siz qızsınızsa və burada iki oğlanın dava etdiyini görürsünüzsə ən yaxşı davaya qarışmamaqdır. Çünki bu zaman qızları da oğlanlar kimi döyəcəklər. Burada cinsinizin fərqi yoxdur.

Çinlilər üçün “qız və oğlan dostluğu” deyilən bir anlayış yoxdur. Əgər iki şəxs yaxşı münasibətlərə sahibdirlərsə və uzun müddətdir ki, bir yerdə görünürlərsə demək sevgilidirlər.

Sevgililər adətən eyni paltarda gəzirlər.

Bütün otaqlardakı və siniflərdəki divarlar ağ rəngdədir və divar kağızı yoxdur.


Tarix: 08.12.2014 / 14:59 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Xaricdə təhsil
loading...