Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaricdə təhsilMərkəzi Avropa Universiteti

Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və Ardı »

Xaricdə təhsilMacarıstanda aşağı xərclərlə yüksək keyfiyyətli təhsil

Macarıstanda yerləşən BKF (ingiliscə “University of Applied Sciences, Budapest”, macarca “Budapesti Kommunikaciós és Üzleti Főiskola”) adlı ali məktəb Macarıstanın ən böyük özəl ali məktəbidir. Bu ali məktəb əcnəbilərə ingilis dilində təhsil proqramları təklif edir. BKF-də oxumağın üstün cəhətləri:

— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Universitetin tələbələrinin 72,5 %-nin məzun olduqdan sonra cəmi 3 ay ərzində yüksək səviyyəli işlər tapması.
— Dünyanın bir çox ölkəsindən 8000-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Əla şəraiti olan kampus, müasir tədris binasına olması;
— Erasmus proqramı çərçivəsində bir çox Avropa Birliyi ölkəsində partnyor universitetlərdə təhsil almaq imkanı;
Ardı »

Xaricdə təhsilİsveçrə Federal Texnologiya İnstitutu

İsveçrə Federal Texnologiya İnstitutu (ETH Zurich — Swiss Federal Institute of Technology) Avropanın ən nüfuzlu, yüksək tədqiqat göstəricilərinə malik elm və texnologiyalar mərkəzidir. İnstitut İsveçrənin böyük şəhəri Sürixdə, Avropanın mərkəzində yerləşir. Böyük Britaniyanın «Times Higher Education Supplement — QS World Universities Rankings» jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, İsveçrə Federal Texnologiya İnstitutu 100 ən yaxşı ali məktəb arasında 20-ci yerdə sıralanıb.

Yerləşir:İsveçrə, Sürix şəhəri
Yaranma tarixi:1855-ci il
Tipi:Dövlət
İllik gəlirləri:1 milyard 263,8 milyon CHF (İsveçrə frankı), (1CHF 0.979 ABŞ dollarına bərabərdir)
İşçi heyəti:372 professor, 9 049 inzibati işçi
Tələbələrin sayı:15093 nəfər
Rəsmi saytı:www.ethz.ch
ETH-Zurich
Tarixi

7 fevral 1854-cü ildə İsveçrə dövlətinin Federal parlamenti «Dəqiq, siyasi və Ardı »

Xaricdə təhsilÇikaqo Universiteti

Çikaqo Universitetində İlahiyyat Məktəbi, Biznes Ali Məktəbi, Harris İctimai Siyasət Tədqiqatları Məktəbi, Hüquq Məktəbi, Pritsker Tibb Məktəbi, İctimai Xidmət Rəhbərliyi Məktəbi adlanan altı məktəb və təhsilin davam etdirilməsi üçün Graham ümumi Tədqiqatlar Məktəbi mövcuddur. Məktəblər bioloji, humanitar, təbiət və ictimai elmlər üzrə ixtisaslaşdırılıb. Hüquq Məktəbi Amerika Vəkillər Assosiasiyası, İlahiyyat Məktəbi ABŞ və Kanada İlahiyyat Məktəbləri Assosiasiyası, Pritsker Tibb Məktəbi Tibbi Təhsil Əlaqə Komitəsi tərəfindən akkreditə olunurlar. Universitetin nəzdində universitetəqədər təhsil məktəbləri də fəaliyyət göstərir (Çikaqo Universitetinin Laboratoriya Məktəbləri, Hayd-park Gündüz Məktəbi, Orthogenic Məktəb, Orta Məktəb Yay Proqramları).

Yerləşir:ABŞ, İllinoys ştatı, Çikaqo şəhəri
Yaranma tarixi:1890-cı il
Tipi:Özəl
Prezidenti:Robert Zimmer
İşçi heyəti:2168 nəfər
Tələbələrin sayı:5000 nəfər
Aspirantların sayı:9000 nəfər
Rəsmi Ardı »

Xaricdə təhsilFransanın ali təhsil sistemi

Fransanın ali təhsil sistemi sürətli və çevikdir. Universiteti bitirərkən ya konkret universitetin nüfuzundan asılı olmayaraq bütün ölkədə tanınan və eyni dəyərə malik olan milli diplomlar verilir, ya da xüsusilə Fransadan kənarda istifadə etmək niyyətində olanlar üçün xüsusi "daxili diplomlar" verilir ki, bunlara o qədər də üstünlük verilmir. Fransada 70-ə yaxın dövlət universiteti, 300-ə yaxın ali məktəb və tədqiqat mərkəzləri mövcuddur. Onların tərkibinə 800 "fakültə", yəni öz növbəsində "institutlar"ı (qayda olaraq, monofənli), "məktəblər"i (müəyyən istiqamətdə mütəxəssislər hazırlamaq üçün multifənli) və "laboratoriyalar"ı (elmi araşdırma keçirmək üçün) birləşdirilən Unites de Formation et de Recherche (U.F.R.) adlı struktur bölmə daxildir.
Kiçik universitetlər üçün fənnin müxtəlifliyi və Ardı »

Xaricdə təhsilSinqapur Milli Universiteti

Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Sinqapur Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 30-cu yerdədir. Bu ali təhsil müəssisəsi dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb.

Sinqapur Milli Universiteti mütəmadi olaraq beynəlxalq elmi-tədqiqat konfranslarında iştirak edir. Zəngin Asiya təcrübəsini özündə birləşdirən universitet Sakit Okean regionu Universitetləri Assosiasiyasına, Beynəlxalq Tədqiqat Universitetləri Alyansına daxildir.

Yerləşir:Sinqapur Respublikası, Ardı »

Xaricdə təhsilBudapeştdə 1 aylıq ingilis dili kursuna müraciət açıq elan olundu

Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 29 iyun-26 iyul tarixlərində Budapeştdə keçiriləcək.

Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən Ardı »

Xaricdə təhsilAvstraliya Milli Universiteti

Avstraliya Milli Universiteti (Australian National University ) Avstraliyanın ən nüfuzlu və tanınmış dövlət ali məktəbidir. Universitet Avstraliyanın paytaxtı Kanberra şəhərində yerləşir. Avstraliya Milli Universiteti Avstraliyanın ən nüfuzlu səkkiz ali təhsil müəssisəsini cəmləşdirən "Səkkizlik qrupu"na, "Sakit Okean Regionu Universitetləri", "Astronomiya Tədqiqat Universitetləri" assosiasiyalarına və "Beynəlxalq Tədqiqat Universitetləri İttifaqı"na daxildir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Avstraliya Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 17-ci yerdə sıralanıb. Həmin jurnalın Avstraliya universitetləri üzrə apardığı reytinqə görə, Avstraliya Milli Universitetinin hər il birinci yerdə dayandığı məlum olub.

Yerləşir:Avstraliya, Kanberra şəhəri
Yaranma tarixi:1946
Tipi:Dövlət
İllik büdcəsi:760873000 Ardı »