Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vasili Smıslov

Şahmat üzrə 7-ci dünya çempionu Vasili Smıslov (Василий Васильевич Смыслов) 1921-ci il martın 24-də Moskvada doğulmuşdur. Ilk müəllimi atası olmuşdur. O, oğlunu ilk dəfə şahmatla 6 yaşında tanış etmişdir.Atasının zəngin şahmat kitabxanası balaca Vasilinin şahmat yaradıcılığının inkişafında böyük rol oynamışdır. O, uşaq yaşlarından P. Morfinin, A. Andersenin, V. Steynitsin görüşlərini öyrənmişdir. Ən çox sevdiyi kitablar — Alyoxinin «Mənim ən yaxşı görüşlərim» və Kapablankanın «Şahmat oyununun əsasları» kitabları üzərində saatlarla oturardı.
1935-ci ildə Smıslov turnirlərdə çıxış etməyə başlayır. Tezliklə oyun tərzi ilə o, yaşıdları arasında fərqlənir. Üç ildən sonra Smıslov gənclər arasında Ümumittifaq turnirində qalib gəlir. Həmin il Moskva şəhərinin çempionatında 1—2-ci yerləri bölüşdürərək, usta normasını yerinə yetirir. Sonluqda yaxşı oyun, mükəmməl oyun tərzi ilə hələ o vaxtlar çoxlarını heyrətə salırdı. 1941-ci ildə SSRI-nin XII birinciliyində 3-cü yeri tutaraq qrossmeyster adına layiq görülür.
Həmin turnirdə Smıslov ilk dəfə olaraq M. Botvinniklə görüşür. Gərgin keçən mübarizə heç-heçə nəticələnir. O, vaxt heç kim güman etməzdi ki, bu görüş üç matçda oynanılacaq, sonralar müxtəlif yarışlarda və dünya birinciliyi uğrunda 100 görüşdən ibarət yaradıcılıq rəqabətinin başlanğıcına çevriləcək.
Василий Смыслов və xanımı
1946-cı ildə Broningendə keçirilən beynəlxalq turnirdə iştirak etməsi onun üçün böyük əhəmiyyətə malik oldu. Turnirdə Botvinnik və Eyvedən sonra üçüncü yeri tutması ona şahmat taçı uğrunda mübarizədə çıxış etməyə imkan verdi. Şahmat olimpinə hücum başlanır. Ilk cəhddə dünyanın ən güclü qrossmeysterlərinin iştirakı ilə keçirilən turnirdə Botvinnikdən sonra ikinci yeri tutur.
Əllinci illər şahmat tarixinə Smıslovla Botvinnikin tac uğrunda mübarizə illəri kimi daxil olmuşdur. 1953-cü ildə o, iddiaçıların turnirində qalib gədərək Botvinniklə oynamaq hüququ qazanır. Gərgin keçən mübarizə heç-heçə nəticələnir—12:12. FIDE-nin qərarına əsasən Botvinnik dünya çempionu adını özündə saxlayır.
Smıslov üç il sonra iddiaçıların növbəti turnirində yenə də qalib gələrək, Botvinniklə görüşür. Bu cəhd müvəffəqiyyətlə nəticələnir. Smıslov +6—3 = 13 hesabı ilə qalib gələrək dünya çempionu adına layiq görülür. 1958-ci ildə təkrar matçda heç kim Smıslovun məğlub olaçağına inanmırdı. Lakin Botvinnik daha yaxşı oynayaraq, çempion adını yenidən özünə qaytarır.
Smıslov sonralar onlarca turnirdə çıxış etmiş, qələbələr qazanmış, məğlubiyyətə uğramışdır. Əsas məşğuliyyəti isə opera müğənniliyi olub.


Tarix: 04.12.2014 / 17:36 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Şahmat
loading...