Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Boris Spasski

30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.Борис Спасский (Boris Spasskiy)

B. Spasski Борис Васильевич Спасский ) 1937-ci il yanvarın 30-da Leninqradda anadan olmuşdur. O, müharibədə ata-anasını itirmiş, uşaq evində tərbiyə alllışdır. 9 yaşında ikən ölkəmizdə ən yaxşı şahmat məktəblərindən biri olan Leninqrad pionerlər sarayının şahmat dərnəyinə üzv yazılmışdır. Onun ilk məşqçisi V. Zak yetirməsinin istedadlı olduğunu görərək, onunla ciddi məşğul olmağa başlayır. Spasski bir il ərzində 1-ci dərəcəli şahmatçıya qədər yüksəlmişdir. Lakin sürətli taktiki oyunda hücum edə bilmirdi.
Yeni məşqçi qrossmeyster Toluş onun qarşısına hücuma keçməyi öyrənmək vəzifəsini qoydu. Spasski oyunun müxtəlif cəhətlərini, Botvinnikin ardıcıl strategiyasını. Talın qəfil hücumlarını, Smıslovun incə mövqeli ideyalarını öyrənməyə başladı. Gərgin zəhmət bəhrəsini verdi. 18 yaşında ikən gənclər arasında dünya çempionu adına layiq görüldü. Iki aydan sonra isə qrossmeyster adını alaraq, şahmat tacı uğrunda mübarizənin iddiaçılarından biri olur.
Lakin qəflətən uğursuzluqlar zolağı başlayır. Iki dəfə o, SSRI çempionatının sonuncu turlarında məğlub olaraq, tac uğrunda mübarizədə iştirak edə bilmir. Məhz bu illər onun xarakterinin möhkəmlənməsində, məğlubiyyətlərdən qorxmamağı öyrənməsində böyük rol oynayır.
1963-cü ildə yenidən şahmat zirvəsinə uğurlu yürüşlərə başlayır. Seçmə yarışlarda qalib gələrək, 1966-cı ildə dünya çempionu adı uğrunda mübarizədə Petrosyanla görüşür. Lakin bu matçda rəqibinə məğlub olur. Amma yeni yürüşlərə başlamaq üçün özündə qüvvə tapır. Gellerö, Larsenə, sonra isə Gorçnoya qalib gələrək, yenidən Petrosyanla çempion adı uğrunda mübarizə aparır. Lakin Petrosyan hesabı bərabərləşdirməyə müvəffəq olur. Finişdə isə Spasski daha yaxşı oynayır və +6—3 = 13 hesabı ilə Petrosyana qalib gələrək, 10-cu dünya çempionu adına layiq görülür.
Bu çətin qələbədən sonra Spasski hamıdan güclü olduğuna inanır. O, turnirlərdə getdikcə az çıxış edir. Məhz bunun nəticəsində çempion adı uğrunda mübarizənin növbəti silsiləsində Fişerə məğlub olur.


Tarix: 04.12.2014 / 17:37 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Şahmat
loading...