Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri-zöhrəvi xəstəliklərÇiban

Furunkul və ya ÇİBAN tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.

Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.

Furunkul deşildikdən sonra Ardı »

Dəri-zöhrəvi xəstəliklərAllergiyanın diaqnostikası

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar.Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:

Dəri sınaqları
Bu sınaqlar — insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur. Sınağı yerinə yetirmək üçün bazuönü sahənin içəri səthindəki dəri iynə ilə kiçik bir ölçüdə cızılır və ya deşilir. Sonra həmin Ardı »

Dəri-zöhrəvi xəstəliklərUşaqlarda dəri xəstəlikləri

Uşaqların dərisinə qulluq etmək çox böyük əhəmiyyətə malikdir. Uşaqların dərisi böyüklərə nisbətən nazik, zərif, piy və tər vəziləri isə nisbətən azdır.

Dərinin və ümumilikdə orqanizmin müdafiə reaksiyası böyüklərə nisbətən uşaqlarda xeyli zəif oldugundan, onlarda dərinin infeksiyalaşması və dəri xəstəliklərinin əmələ gəlməsi daha tez baş verir. Ən erkən dövrlərdən uşağı şəxsi gigiyena qaydalarına riayət etməyə alışdırmaq lazımdır.

Əsas gigiyena qaydaları isə aşağıdakılardır:
— Səhər və axşam əl-üzünü yumaq.

— Yalnız yeməkdən qabad və tualetə getdikdən sonra deyil, məktəbdən, gəzintidən qayıtdıqda, heyvanlarla oynayandan və s. bu kimi hallardan sonra da əlləri yumağa adət etmək.

— Gündəlik olaraq xarici cinsiyyət üzvlərini yumaq və alt paltarlarını dəyışmək.

— Mütəmadi olaraq Ardı »

Dəri-zöhrəvi xəstəliklərDırnaqlarda dəyişiklər hansı xəstəliyin xəbərçisidir

Dırnaqlarda meydana gələn dəyişiklər bir çox xəstəliklərin ilkin əlaməti hesab edilə bilər. Bəs, hansı dəyişiklər hansı xəstəliyin xəbərçisidir?

Solğun dırnaqlar
Yaş artıqda dırnaqların rəngində solğunluq müşahidə edilir. Ancaq qısa müddət ərzində onların rənginin birdən birə dəyişməsini müşahidə etsəniz, vaxt itirmədən həkimə müraciət edin. Çünki bu, qan azlığı, ürək, qaraciyər proqblemlərinin xəbərçisi ola bilər.

Sarı dırnaqlar
Tez-tez qırmızı dırnaq boyasından istifadə onların rənginin saralmasına yol aça bilər. Amma tez sevinməyə dəyməz. Çünki bu, göbələk xəstəliyinin də əlaməti sayıla bilər.

Göyərən dırnaqlar
Dırnaqlarda maviləşmə bədənin oksigen qəbulu ilə bağlı problemi olduğunu göstərir. Adətən bu, ağciyər və diabetin əlaməti sayılır. Belə rəng əllər çox üşüyən zaman Ardı »

Dəri-zöhrəvi xəstəliklərSızanaqlar

Sızanaqlar haqqında mif və reallıqlar

Birinci mif- «Sızanaq- yeniyetmə dövrünün xəstəliyidir». Bu fikirlə qismən razılaşmaq olar, çünki sızanaqlar yeniyetmənin cinsi yetişkənliyi dövründə daha çox müşahidə edilir. Bununla belə, qeyd olunmalıdır ki, digər yaş qrupundan olan insanlar da sızanaqlardan əziyyət çəkirlər. Məsələn, iyirmi yaşını adlamış qızlarda da sızanaqlar peyda olmağa başlayır. Hətta qırx yaşında olan qadınlarda belə, sızanaq müşahidə etmək mümkündür.

İkinci mif- «Sızanaq düzgün qidalanmamanın nəticəsidir». Ümumiyyətlə, düzgün qidanmamağın sızanaqların yetişməsinə səbəb olması barədə yekdil fikir yoxdur. Bununla belə, bəzi həkim-kosmetoloqlar pasiyentlərinə daha az şokolad, qoz və pendir yeməyi məsləhət görürlər. Digər həkimlər isə, əksinə, hesab etmirlər ki, şokolad, pendir və ya qoz Ardı »