İbrahim mirzə Bəhram mirzə oğlu Cahi (1543-23 fevral 1577)—Səfəvi şahzadəsi, şair.
[redaktə]
Həyatı
Səfəvi nəslinə məxsus digər ilhamlı şairlərdən biri də I Şah İsmayılın nəvəsi Bəhram mirzənin oğlu İbrahim mirzə Cahidir (1543-1576). O, olduqca istedadlı şəxs idi. Ərəb, fars, cığatay ədəbiyyatını, yunan və şərq fəlsəfəsini, astronomiya, ilahiyyat və s. elmləri gözəl bilirdi. İbrahim Mirzə Cahinin fars və türkcə yazdığı şeirlərin həcmi 3.000 beytdən çoxdur. İran müəlliflərinin təzkirələrində onu şeirlərinə rast gəlinir. Qazi Əhməd Qumi "Xülasət əl-təvarixdə" Cahinin şeirlərinin 3.000 beytdən çox olduğunu qeyd edir.
İbrahim mirzə Cahinin divanına arvadı Gövhərşah Banunun da şeir yazmağa təbi olub. Tarixi mənbələr İbrahim Mirzənin "Fərhəng İbrahim" adlı təzkirəsinin olduğunu Ardı »