Dunya ve tarixi → Belçika
Belçika (nid. België, fr. Belgique, alm. Belgien) — Şimal-qərbi Avropada dövlət. Avropa İttifaqı və NATO-nun üzvüdür. Federativ dövlət quruluşuna sahibdir və üç hissəyə — Niderland dilinin rəsmi dil olduğu Flandriya (Vlaanderen), fransız dilinin rəsmi dil kimi qəbul edildiyi Valloniya (Wallonie) və Brüssel paytaxt bölgələrinə (Région də Bruxelles-Capitale; Brussels Hoofdstedelijk Gewest) bölünür.
Şimalda Niderland, şərqdə Almaniya, cənub-şərqdə Lüksemburq və cənub-qərbdə Fransa ilə həmsərhəddir. Şimal-qərbdə Şimal dənizinə çıxışı var. Sahəsi 30 528 km², əhalisi 10,8 milyon nəfərdir. Ölkə kelt tayfalarından olan belgelərin etnoniminə görə adlandırılmışdır.Mündəricat [gizlə]
1 Tarix
2 Coğrafiyası
3 İnzibati bölgü
3.1 Bölgələr
3.2 Belçikanın əyalətləri
3.3 Şəhərlər
4 Əhali və sosial həyat
5 Din
6 Təhsil
7 İdman
8 Ardı »