Maraqli Melumatlar ve gozellik sirleri → Qadın məyusluğu
Ən çətin gündə, ən çətin məqamda ayaqlar üstündə dik dayanmağı bacaran ən güclü qadının belə pərdə arxasında göz yaşlarına hakim ola bilməməsinə çoxlarımız şahid olmuşuq. Gözümüzün önündə qəhrəman kimi ucalan o qadının göz yaşlarını gördükdən sonra anladıq ki, qadın ən incə duyğulara sahib olan və hisslərlə yaşayan biridir. Nə qədər möhkəm iradəsini cəmiyyətdə nümayiş etdirsə belə lakin təklikdə özü ilə hesablaşarkən hisslərə qapılır. Lakin bütün hallarda əks cinsin qarşısında qürurlu, yenilməz kimi durar. Qadınları ən məyus edən hal isə onlara gözləmədikləri və sevdikləri insanlar tərəfindən vurulan zərbələrdir. Zərbə ilə yanaşı insanların günahlarının bağışlanması əvəzinə üzrxahlıq etməkdənsə, qadınları yalançı olaraq qələmə vermələri Ardı »