Maraqli Melumatlar ve gozellik sirleri → Saç üçün faydalı qida
Saçın əsas komponenti – protein zülalıdır. Bu zülalla zəngin olan qızıl balığı yemək saçlar üçün xüsusilə faydalıdır. Tərkibində olan doymamış yağlar baş dərisi (ümumiyyətlə dəri) üçün xeyirlidir. Həmçinin proteini yumurta və süd məhsullarından ala bilərsiniz. Bundan əlavə yumurta B12 vitamini və biotin ilə boldur, bu isə gözəlliyiniz üçün gərəklidir.
Qoz və brazilya qozunda sink adlı maddə var ki, onun çatışmazlığı hallarında saçlar qırılaraq tökülməyə başlayır. Həmçinin brazilya qozunun tərkibində olan selen baş dərisinin sağlamlığına xidmət edir. Qoz növlərinin hamısında B qrupuna daxil olan vitaminlər var.
Gözəllik vitamini sayılan E vitamini ilə bol olan avokadonu hər gün yemək məsləhətdir. Brokoli və ispanaq isə A Ardı »