Sevgi varmı? → Səbəblər Səbəbsiz Olur…
Səbəblər səbəbsiz olur…
Bir ömur yetmedi, ya zamana sığa bilmədik, yada zaman bizə sığmadı…Bura Azərbaycandı deyib üstünə çox şeyi yüklədik, məsələn nakam sevgilərimizi, adına qürur deyib gecələr yorğan altda carəsiz uşaq kimi göz yaşlarını sildiyimiz hislərimizi.
Elə bilmə məndədi günah, küçələrin ayağına düşdüyüm günü xatırla məsələn, hasarın üstünə qoyduğum məktubları xatırla, birdə məhəllə
arvadlarının qeybətli pıçıltılarından çəkinib hər dəfə bir yalan uydurduğumu.
Bizim məhlə arvadlarının dilinə düşmə, yayın istisində güya, sərinləmək üçün hərəsi əlində bir kətil məhləyə düşürdülər .Sonrada başlayırdı qeybət, - kimin qızı hara getdi, kimin oğlu maşın aldı, kimin əri içib bu gün arvadını döydü-… Elə zəngin olurki qeybət Ardı »