Sevgi varmı? → CANIM..
Bu gün daha qəmgin durmuşdu yuxudan. Bu gün
deyəcəydi. Ağır olsada deyəcəydi. Ayrılmaq qərarını…
Amma çox qorxurdu. Onunla yaşadığıda gözəl günlər…
Onun gözləri… Onlarsız yaşaya bilməzdi amma artıq
onunla da yaşaya bilmirdi. Tez yataqdan qalxıb ona zəng
vurdu. Həmişəki yerə gəlməsini istədi. Ürəyi çox sıxılırdı.
Yenə də birinci gəlmişdi. Bir neçə dəqiqədən sonra Aysel
də burda idi. Aysel «onun» gözlərindən söhbətin ağır
olacağını hiss etdi. Artıq yarım saat idi ki, ikisidə sükut
içində coşqun dənizin «hayqırtı»sını dinləyirdilər. Sanki
dəniz onları başlarına gələcək faciədən xəbərdar etəyə
çalışırdı. Qız ölü sükutu pozaraq «mən üşüyürəm. Hələ
çox heykəl kimi burda duracayıq?!» dedi. Onlar bir
kafeyə gələrək oturdular. Aysel səbirsiz halda «mənə
nəsə vacib bir söz deyəcəksən?» dedi. Oğlan Ardı »