Sevgi varmı? → UMID
Günahkar bir adamı mühafiz mələklər önündən və arxasından meydana çəkib, onu cəza yerinə sürükləyirdilər. O şəxs onu tutub sürükləyənlərə fikir vermədən göz yaşlarını payız yağışı kimi tökərək üzünü geriyə çevirdi. Sanki nəyəsə ümid edirdi. Birdən Allahdan mələklərə əmr gəldi:
— Ona deyin ki: " Ey fəzilətsiz insan! Qəbahətlərindən qara dəftərini görmədinmi? Daha nəyi gözləyirsən? Boş yerə dayanma! ".
O şəxs bu xəbərdarlığa belə cavab verdi:
— Ey Rəbbim! Bilirsən ki, buyurduğundan yüz, minqat pisəm. Lakin indi yaxşı və pis işlərimi, iman və küfrümü bir yana qoydum. Mən bütün günahlarıma baxmayaraq lütf və mərhəmətinə böyük bir ümid bağladım. Öz əməllərimə deyil, mərhəmətinə sığınıram. Mənə Ardı »