Sevgi varmı? → GET...
İlahi, bunlar nə qədər də əzabverici idi!!!! Hər gün sənin sevginə olan şübhəmin artmasi məni necə də incidirdi!! Hər dəfə yaxınlarım mənə səni hansısa qızla parkda gördüklərini,telefonunda qızlara yazdığın sevgi mesajlarını gördüklərini söyləyəndə məni bu insanların qarşısında bu cür gülünc vəziyyətə qoyduğun üçün səni bağışlamayacağıma and içirdim. Sən isə hər şeyi inkar edirdin,onların bizi ayırmaq istədikləri üçün belə dediklərini söyləyirdin mənə. Hər dəfə məni inandırmağa müvəffəq olurdun.. Çünki içimdə bir səs məndən sənə inanmağı, sənə yenə şans verməyi diləyirdi. Yəqin ki, bu səs sənə olan güclü məhəbbətimin səsi idi.. Vaxt ötdükcə artıq deyilənlərin yalan olmadığını, özümü boş xəyallarla aldatdığımı başa düşürdüm.. Ardı »