Sevgi varmı? → Yalnızlıq Haqqında Düşüncələrim...
Dibsiz boşluqlar görürəm
hər gün bu gerçək yuxumda.
Daha nə bəndə nəfəsi,
nə də ALLAH var yaxında…
deyə düşündüyün, zamanın döyməyə qapı tapmadğın bir məqamıdı, göndərməyə ünvan bilmədiyin,
bəlkə heç oxunmaqçün deyil, yandırmaqçün yazdığın məktublardı, yuxusuz gecələrin, yuxulu gündüzlərin sonunu gözlədiyin cavabsız suallardı,
milyonların arasında yalquzaqtək ulamaq istəyidi, səni deyib gələcək biriləri olacaq deyə ölümü belə arzulamaqdı yalnızlıq…
Təkcə duman bilir
Ah çəkməyi
Dağlardan öyrəndiyimi…
Təkcə qürub vaxtı bilir
Necə qəribsədiyimi,
Təkcə dəniz bilir
Adımı sahil qumlarından başqa
Heç kəsin qəlbinə yaza bilmədiyimi…
Bu da yalnız günlərin birində öz-özümə pıçıldadığım misralardandı. Ardı »