Sevgi varmı? → Hediyye Kukula
Bir gün mən dükanların birində alış-veriş edirdim. Birdən bir uşağın kassanın önündə dayanıb satıcı ilə söhbətinin şahidi oldum.
- "Əzizim, sənin bu kuklanı almağa pulun çatmır" - satıcı uşağa deyirdi.
Uşaq isə boynunu büküb yenidən pulunu əlində saymağa başladı. Mən kassaya yaxınlaşanda, "Xala, siz də düşünürsünüzki mənim bu kuklanı almağa pulum çatmır?" - deyə məndən soruşdu.. Mən onun pulunu saydım və kuklanın qiymətinə baxıb, "Bəli əzizim, sənin bu kuklanı almağa pulun çatmır" dedim. Uşaq hələ də kuklanı əlində tutub dayanmışdı. Mən alış-veriş edib dükandan çıxmaq istəyəndə yenidən ona yaxınlaşdım. "Sən bunu kimə almaq istəyirsən?" deyə soruşdum.. "Mənim bacım bu kuklanı çox sevir. Ardı »