Sevgi varmı? → Bir Qəribəlik Var (ixtisarla)
Bir qəribəlik var içimdə. Bir tufan kimi sakitlik. Bir vulkan kimi soyuqluq.
Qəribə buludlar var çox susqunlar içləri dolu, amma ağlamırlar, yağmır yağışlar.
İçimdə bir tüstü var kül səhralarında od olmadan. Bir qəribəlik var.
İllər var oralar da saniyələrcə, amma zamansız, vaxtı dayanmış. Bir keçmiş var yaşanmamış.
Bir şəkil var simasız, rəngli, amma çəkilməmiş.
Bir divar var kərpiclərlə hörülmüş, amma tikilməmiş, ustasi ölmüş.
Cavabsız suallar, sualsız imtahanlar içi boş yazılı kitablar. Bir çətinlik var çox asan bir də yalanlı düzgünlük.
Bir inanc bir din var üsyan dolu şükürlər var inandığıma.
Dinlədiyim bəstəsi olmayan melodi, notsuz, oxuyan lal birisindən.
Düşünülməmiş xəyallar olmayan reallıq. Bir kədər var Ardı »