Sevgi varmı? → Necə Unudum Səni?!
Sən…başıma gələn ən gözəl şey idin... Çətin oldu ayrılmaq və bu qərarı düşünüb qərar vermək… İlk günlər həyatıma küsüb otururdum evdə, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdim, danışmırdım, gülmürdüm… Sonralar alışdım sənsizliyə, getdikcə qəbul etdim tənhalığımı… Nəticədə sənsiz davam etməliydim həyata… “Yaşamağa” çalışırdım... Bir ara çox cəhd etdim gülməyə…ama o qədər qondurmuşdum ki saxta təbəssümü üzümə artıq əl çəkmirdi,istəsəm də əl çəkmirdi… Həyat düyümlənmişdi boğazımda,qurtum-qurtum gilələnirdi zaman keçdikcə…Zaman yaraları sağaldır…inanmıram bu sözə…zaman heç nəyi sağaltmır, köz tutur yaralar…və bir gün ən kiçik toxunuşla qanayır o yara… intihara sürükləyəcək qədər qanayır...
Dünən yenə sən gəldin ağlıma… Oturdum sakitcə səni düşünməyə başladım,düşündüm, düşündüm…nəhayət yoruldum ağlamaq Ardı »