Tamamlama əməliyyatı - maşınqayırmada tətbiq olunan finiş əməliyyatı olub, yüksək dəqiqilik və təmizlik tələb olunan hissələrin səthlərinin son emalında tətbiq taır. Tamamlama əməliyyatında emal olunan səthin xüsusiyyətlərinə təsir etmək üçün müxtəlif üsullardan istifadə edilir. Buraya kəsmə ilə mexaniki, elektrokimyəvi və elektrofiziki emal üsulları daxildir. Ən geniş yayılmış nazik emal payı çıxartmaqla işləyən yonma, frezləmə, şevinqləmə, pardaqlama, sürtmə və çatdırma, cilalama, honalama və superfinişləmə üsullarıdır. Bundan əlavə yonqar çıxartmamaqla, səthin soyuq halda təzyqi altında emalı: diyirləmə, döymə və s. tətbiq olunur. Həmçinin səthin keyfiyyətini artırmaq məqsədilə diyircəklə sığallama üsullarından istifadə edilir. Bu üsullarda səthdə olan nahamarlıqlar əzilərək kiçildilir və müəyyən dərəcədə baş Ardı »