Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariHenri Morqan

Henri Morqan (ing. Sir Henry Morgan) — Uelsli Dəniz qulduru. Henri Morqan Karib hövzəsində Dəniz quldurluğu ilə məşğul olmuşdur. O, ən məşhur Uelsli Dəniz qulduru hesab olunur. Morqan, Karib hövzəsində donanma üstünlüyünü İspaniyadan Böyük Britaniyaya keçməsinə çalışırdı.
[redaktə]
Həyatı

Henrinin, Monmoutşir valisi olan Robert Morqanın oğlu olduğu ehtimal olunur. Bristol şəhərinin arxivlərində 1655-ci ilə aid bir sənəddə Henri Morqan Karib Hövzəsində yerləşən Barbados adasında kənd təsərüffatı ilə məşğul olduğu göstərilmişdir. Bu məlumatdan başa Henri Morqan haqqında 1655-ci ilə qədər heç bir məlumat yoxdur. Henrinin şəxsi həyatı barədə əsas məlumatlar onun xatirələrindən öyrənilir. Öz xatirələrində Morqan məktəbi gənc yaşlarda tərk etdiyini, qələmdən daha çox oxa Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariƏritməklə emal

Əritməklə emal qaynaq prosesi ilə oxşarlığı vardır. Prototiplərin sürətli hazırlanmasının tərkibi olan bu üsul bərk materialı əridərək təbəqə şəklində üst-üstə birləşdirii və beləliklə verilmiş modelin hazırlanmasına imkan yaradır. Prosesin adı da ele buradan yaranıb: Fused Deposition Modeling (FDM) – yəni əridilmiş qatın çəkilməsi ilə modellərin hazırlanması. Burada pəstah rolunu oynayan məftil xüsusi qızdırıcı başlığın köməyi ilə ərimə temperaturuna qədər qızdırılır. FDM üsulu ərimə temperaturu və istilikkeçirmə qabiliyyəti aşağı olan materialların məsələn, süni materialların və mumun tətbiqi üçün əlverişlidir. Metalların tətbiqi isə yüksək əmək tutumlu hazırlıq işlərinin aparılması nəticəsində müəyyən problemlər yaradır. Püskürtmə başlığı fəzada 3 istiqamətdə hərəkət etdirilə bildiyindən istənilən üçölçülü Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariSoyuducu

Soyuducu - istilik izolyasiyasına malik olan kamerada yeməklərin saxlanması üçün tətbiq olunan elektrik qurğusudur. Soyuducu demək olar ki, hər ailədə mövcuddur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır. Həmçinin sənaye soyuducuları da mövcuddur. Onların kameraları yüzlərlə kubikmetr həcmində olur və iri kombinatlarda, yeməkxanalarda tətbiq olunurlar.

Soyuducular iki tipə bölünürlər: qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuducular və aşağı temperaturlu dondurucular. Son zamanlarda hər iki kameraları özündə kombinasiya edən soyuducular hazırlanır. İlk iki kameralı soyuducu "General Elektrik" tərəfindən hazırlanmışdır.
[redaktə]
Tarixi haqqında

İçərisinə buz doldurulmuş, qida məhsullarını saxlamaq üçün tətbiq edilən soyuducu otaqlar hələ bir neçə min il əvvəl mövcud Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariBank Standard

Tarixçə

1995-ci ildə təsis olunduğu andan etibarən Bank Standard öz fəaliyyətini əsasən fiziki şəxslərə xidmətlərlə ixtisaslaşmış kiçik bank kimi həyata keçirirdi. 2004-cü ildən etibarən, adının dəyişdirilməsi ilə yanaşı, Bank Standard öz inkişaf konsepsiyasına yenidən nəzər saldı və bu gün artıq seçkin kommersiya bankı kimi Azərbaycanın maliyyə bazarında özünəməxsus yer tutur; bank həm fiziki şəxslərlə iş birliyi aparır, həm də real iqtisadi sektora xidmətə və öz müştərilərinə bütün növ maliyyə xidmətlərini təqdim etməyə diqqət yetirir.

Bu gün bank səmərəli inkişaf yolunu tutmuşdur və yeni xidmət texnologiyasını öz fəaliyyətinə daxil edir. Xüsusi və korporativ müştərilərə - ödəniş xidməti, kreditlərin müxtəlif növləri, nağd vəsaitlərlə əməliyyatlar, plastik Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariTorf

Torf alm. Torf) — göl yataqlarındakı su səviyyəsinin düşməsiylə, bitki fəaliyyətinin ön plana çıxması nəticəsində bitkinin ölümü və bu təbiət hadisəsinin təkrarlanması ilə bitki kök və gövdələrinin toplanması nəticəsində əmələ gələn orqanik torpaq növüdür. Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariÖtürmə sistemləri

Ötürmə sistemi maşınlara verilən enerjini hərəkət enerjisinə çevirərək onun işləməsi üçün lazım olan mexaniki hərəkəti yaradır. Ağırlıq qüvvəsi ilə işləyənlərdə ətalət enerjisindən, əl ilə işləyənlərdə əzələ qüvvəsindən, elektrik ilə işləyənlərdə elektrik enerjisindən, daxili yanma mühərriklərində tətbiq olunan ötürmələrdə isə kimyəvi enerjidən istifadə edilir. Enerjinin hərəkəti icra edən hissələrə ötürülməsi çarxqolu-sürgüqolu mexanizmi ilə mexaniki, pnevmatik, hidravlik və ya elektrik ola bilər. Maşınların tətbiq sahələrindən asılı olaraq güc ötürücüləri kombinasiya edilmiş şəkildə də tətbiq olunur. Ən geniş yayılmış formaları bunlardır:
Elektro-mexaniki ötürmə (məs. körpü kranlarında),
Elektro-hidravlik (məs. elektrik karalar),
Dizel-mexaniki (məs. ekskavatorlarda) ,
Benzin-hidravlik (məs. yük maşınlarında),
Dizel-elektrik (məs. dəmir yol kranlarında).

Ötürmənin seçilməsi istismar şəraitindən və üsulundan asılı Ardı »