Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariHSBC

HSBC — Avropa, Asiya-Sakit okean bölgəsi, Şimali və Cənubi Amerika, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən HSBC Qrupu, dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlardan biridir. İngiltərədə qeyddə olan HSBC Holdings plc'nin ümumi mərkəzi Londondadır. HSBC'nin 1999-ci ildə Qrup şirkətləri üçün beynəlxalq tək bir marka olaraq təyin olunması, qrupun altıbucaqlı embleminin dünya səviyyəsində getdikcə tanınan bir simvol olmasını təmin etdi.

Dünyada HSBC

HSBC 2002-ci ildən markasını rəqiblərindən ayırmaq və xüsusiyyətlərini vurğulamaq üzrə 'Dünyanın yerli bankı' şüarıyla bir kampaniyaya başladı.

HSBC, dünyanın ən inkişaf etmiş məlumat texnologiyalarını istifadə etməkdədir. HSBC'nin ildə 13 milyarddan çox müştəri əməliyyatının həyata keçirildiyi və hər keçən Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariLizinq

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq - sənaye avadanlıqlarının, maşınların, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir. Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik:
Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki, Azərbaycan banklarında 18 aydan artıq olan Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariİnternet-banner

1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir.

İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub.

Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar. Bir vaxtlar internet-reklam sahəsinə yeni bir məkan kimi ilk addımlarını edən şirkətlər onun forması barədə geniş müzakirələr aparıb.

Bəziləri hesab Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariƏl burğulama maşını

Əl burğulama maşını - hissələrdə deşiklərin açılması üçün tətbqi olunur. Quruluşuna görə onlar düz və bucaqlı olurlar. Əl burğulama maşınları bir, iki, çoxpilləli sürətlərə malik olur. Bundan əlavə fırlanma pilləsiz tənzimlənən reversiv və reversiv olmayan maşınlar da mövcuddurlar. Emal olunan materialın (metal, beton, kərpic, keramika və s.) xassələrindən asılı olaraq fırlanma zərbə ilə də müşaiyət oluna bilir ki, bununla deşmədə böyük güc əldə olunur. Əl burğulama maşınlarında xüsusi alətlərin tətbiqi ilə təmizləmə, kəsmə, pardaqlama, mişarlama, frezləmə və digər köməkçi işləri yerinə yetirmək mümkündür. Əl burğulama maşınlarının gövdəsində alət sıxıcısı ilə oxla əlqələndirilmiş iki qütblü elektrik mühərriki yerləşdirilir. Elektrik mühərrikinin valı iki Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariTikiş maşını

Tikiş maşını (ingiliscə: sewing machine) — tikiş üçün istifadə edilən məişət əşyası.
[redaktə]
Tarixi

İlk tikiş maşınını icad edən dəqiq olaraq bilinmir. Bunun səbəbi bir çox icadçının olmasıdır. 1790-cı ildə ilk patenti alan adam olaraq qeydlərdə Tomas Saint görünür. Daha sonralar Isaac Singer və Elias Hove Jr. kimi ixtiraçıların tapdığı bir çox yenilik komitə tərəfindən reallaşdırılmamışdır.

Bir çox patent alındı, ancaq heç biri biznes müvəffəqiyyəti əldə edə bilmədi. 1830-cu ildə Fransada yaşayan Barthelemy Thimmonier ticari müvəffəqiyyət qazanan ilk tikiş maşının patentini alıd. Zəncir tikiş edə bilən bu maşınlardan 80 dənə hazırlalndı və ordunun paltarlarının tikililişində istifadə edildi. Bu maşınların işlərinə zərər verəcəyini düşünən bir qrup Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariBüdcə

Büdcə (budget) – (qədim Normand dilindən - bougette - pulla dolu çanta, dəri çanta, pul baglaması, pul kisəsi,) - hər maliyyə ili üçün iqtisadi subyektin xərclərini və gəlirlərini əhatə edən illik maliyyə planıdır. Bu, gələcək xərcləri və gəlirləri, onların detallaşdırılmış təsvir və tətbiqini hesablayır. Sonuncuya büdcə qeydləri də daxildir.
[redaktə]
Büdcə avansı

Hər hansı dövlət xərcinin icra edilməsi üçün büdcə sənədlərinə xərc yazılmadan ödənilən nağd vəsaitdir. Məsələn, tenderi udan hər hansı bir şirkətin işə başlaya bilməsi üçün ona avans verilir. Bu avansın qarşılığı olan iş görülüb xərcləmə sənədləri təqdim edildikdə büdcəyə həmin xərclər yazılır və avans müqaviləsi bağlanır.
[redaktə]
Büdcə hesabı

Hər hansı məqsədlərin reallaşması üçün dövlət Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAvropa Mərkəzi Bankı

Avropa Mərkəzi Bankı (ECB) (European Central Bank) – avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır. 1998-ci ildə Frankfurtda təməli qoyulmuşdur. AMB avronu qəbul edən üzv ölkələrin milli bankları ilə işləyir. AMB-nin idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa PulKredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir.

AMB avro banknotlarının buraxılmasında yeganə hüquq sahibidir.

AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: qiymət sabitliyini qorumaq; qiymət sabitliyinə tabe olmaq; ittifaqın ümumi iqtisadi siyasətinə dəstək vermək.Avropa Pul Birliyinin yaranmasından etibarən 1 Oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 Yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə Ardı »

İqtisadiyyat ve dunya iqtisadiyyatcilariAkkreditiv

Akkreditiv - Akkreditivlərlə hesablaşmalar - akkreditiv alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tağşırığıdır.

Akkreditiv - malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir.

Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Akkreditivlərlə hesablaşmalar - akkreditiv alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tağşırığıdır. Akkreditiv - malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki Ardı »