İqtisadiyyat ve dunya iqtisadiyyatcilari → Azərbaycan Respublikasının Mərkəzi Bankı
Azərbaycan Respublikasının Mərkəzi Bankı — Milli Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.[1] Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.[2]
"Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının bazasında yaradılmışdır.
Milli Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.[3]Mündəricat [gizlə]
1 Ardı »