Bəstəkarlar Və Müğənnilər → Rauf Hacıyev
Rauf Hacıyev (azərb. Rauf Soltan oğlu Hacıyev; 15 may 1922, Bakı, Azərbaycan SSR – 19 sentyabr 1995, Bakı, Azərbaycan.) — bəstəkar. SSRİ xalq artisti (1978). Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur. Kino bəstəkarı. Filmlərdə və arxiv kadrlarda iştirak edən.
Həyatı
Poçt markası (2002).
Azərbaycan Respublikasının və SSRİ-nin xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyev Azərbaycan professional musiqisinə müxtəlif mövzulu operettaları, "Gənclik" simfoniyası, skripka ilə simfonik orkestr üçün Konserti, bir-birindən gözəl çoxlu estrada mahnıları ilə daxil olmuşdur.
Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Həsən bəy Zərdabinin qızı əməkdar müəllim Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm Ardı »