Bəstəkarlar Və Müğənnilər → İldırım Həsənov
Həsənov İldırım Həsən bəy oğlu - müğənni.
[redaktə]
Həyatı
İldırım Həsənov 1920-ci ildə Ağdam rayonunun Saybalı kəndində dünyaya gəlib. Atası Həsən bəy Qarabağın sayılıb-seçilən zadəganlarından, anası Dilguşabəyim isə Məhəmməd ağanın qızı Ataxanın nəvəsidir. Böyük sənətkar Zülfü Adıgözəlovun təkidilə 1947-ci ildə Ağdamdan Bakıya köçən İ.Həsənov elə bu ustad sənətkardan musiqi dərsi alıb. Uzun illər Asəf Zeynallı adına musiqi məktəbində dərs deyib. İ.Həsənov 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olub, orden və medallarla təltif edilib. Xanəndə 1977-ci ildə dünyasını dəyişib. Hazırda onun Qızıl Fondda bir sıra dəyərli lent yazıları saxlanılır.
[redaktə]
İldırım Həsənov haqqında
Xalq artisti Arif Babayev: "İldırım Həsənov çox gözəl səsə malik, təmiz qəlbli, şirin danışıqlı bir Ardı »