[color=#4866e7]Cavadov Məmməd Kərim oğlu — bəstəkar, prezident təqaüdçüsü.
[redaktə]
Həyatı
Məmməd Cavadov 1912-ci il sentyabrın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1930-cu ildə Bakı Musiqi Texnikumuna daxil olmuş, həmin Texnikumu əlaçı kimi bitirdiyi üçün imtahansız Azərbaycan Dövlət Konservatoriyasına götürülmüş və orada iki sənət üzrə (bəstəkarlıq və nəfəs alətləri) təhsil almışdır. Konservatoriyada Ü.Hacıbəyov ona "Azərbaycan xalq musiqisinin əsasları" fənnindən dərs demişdir. Məmməd Cavadov 1931-ci ildə Ü.Hacıbəyovun təşəbbüsü və rəhbərliyi ilə yeni yaradılmış xalq çalğı alətləri orkestrində çalışmış, bu kollektivlə Moskvada 1-ci ədəbiyyat və mədəniyyət ongünlüyündə iştirak etmişdir.
M.Cavadov 1941-1942-ci illərdə Azərbaycan Dövlət Caz Orkestrində solist işləmiş, 1943-cü ildə Azərbaycan İncəsənət İdarəsinin göndərişi ilə Naxçıvan Dövlət Dram Ardı »