Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və Müğənnilər → İslam Rzayev

İSLAM RZAYEV - Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti
[redaktə]
Həyatı

Rzayev İslam Tapdıq oğlu 11 noyabr 1934-cü ildə Füzuli rayonu, Sərdarlı kəndində anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur.

İslam Rzayev professional musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiq Məktəbində almış (1951-1956) Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur.

O, həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra o , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.

İslam Rzayev yaradıcılığı geniş və çoxşahəlidir. O, geniş diapozonlu, zəngin çalarlı səs tembrinə malikdir.

Onun böyük məharətlə Ardı »

Bəstəkarlar Və Müğənnilər → Mikloş Roja

Mikloş Roja (mac. Rózsa Miklós) — macar və ABŞ bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi, "Oskar" (1946, 1948, 1960), "Saturn" (1976, 1980) və "Sezar" (1978) mükafatları laureatı.
[redaktə]
Həyatı

Macar əsilli bəstəkar Mikloş Roja 18 aprel 1907-ci ildə anadan olmuşdur. 5 yaşından skripkada ifa etmişdir. 1925-ci ildə Macarıstanı tərk etmişdir. Leypsiq Universitetinə daxil olsa da, tezliklə təhsilini Leypsiq konservatoriyasında almağa qərar verir. Roja orada Hermann Qrabnerin tələbəsi olur. Bundan sonra o, Fransada (1931-1935) və Böyük Britaniyada (1935-1940) yaşayıb yaratmışdır. 1940-cı ildə isə ABŞ-a köçmüş, 1946-cı ildən Amerika vətəndaşı olmuşdur.

Rojanı Avropada ilk dəfə onun simfonik əsərləri ilə tanıdılar. Lakin artıq 1930-cu illərdən başlayaraq kino musiqisi Ardı »

Bəstəkarlar Və Müğənnilər → Arzu Qurbani

Arzu Qurbani,Azərbaycanlı müğənni, 1971-ci ildə Azərbaycanda anadan oldu. On yaşında Bakı uşaq musiqi məktəbinə başladı, orada beş il təhsil aldı. Sumqayıtdaki Sultan Hacıbəyov Texniki Musiqi Məktəbində dört illik təhsilini tamamlayıp, 1990-ci ildə Üzeyir Hacıbəyov dövlət konservatoriyasına dahil oldu. Türkiyə, Fransa, Yaponiya və Azerbaycanda konsertlər verdi. Dövlət muğənnisi Səkinə İsmaylova ilə birlikdə də konsert verən Arzu, Türkiyəyə yerləşdi və hal hazırda Ankarada fəaliyyətlərinə dəvam edir. Ardı »

Bəstəkarlar Və Müğənnilər → Eva Rivas

Eva Rivas (emənicə: Եվա Ռիվաս; rusca: Ева Ривас; 13 iyul 1987) - erməni-rus müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edib.Mündəricat [gizlə]
1 Avroviziya 2010
2 Mahnıları
3 İstinadlar
4 Xarici keçidlər

[redaktə]
Avroviziya 2010

Ermənistanı Avroviziya 2010 mahnı müsaqibəsində fevralın 14-də keçirilmiş Milli Finalın SMS və münsif səsverməsinin nəticələrinə görə Eva Rivas təmsil edəcək. Lakin Milli Finalda Evanın rəqibləri olan Emmi-Mihran cütlüyü, eyni zamanda müğənni Razmik Amyan SMS səsverməsinin nəticələrinin saxtalaşdırıldığını bildiriblər. Evanın təmsilçi seçildiyi açıqlanarkən etiraz olaraq Emmi-Mihran və Razmik Amyan səhnəni tərk ediblər.[1]

Eva RivasAvroviziya 2010 yarışmasının ikinci yarım finalında "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı mahnı ilə yarışıb.[2]
[redaktə]
Mahnıları
Tamam Aşkar
Lancer Mardcan
Arevik
Hayastan Ardı »

Bəstəkarlar Və Müğənnilər → Özcan Dəniz

Özcan Dəniz - Türkiyəli müğənni , aktyor və bəstəkar .Mündəricat [gizlə]
1 Həyatı
2 Albomları
3 Filmografiya
3.1 Filmləri
3.2 Serialları
4 Televiziya Proqramları
5 Mükafatları
6 Mənbə

[redaktə]
Həyatı

Kürd əsilli (Ağrı vilayətindən Zilan tayfasına mənsubdur) Türkiyə vətəndaşıdır .[1][2]


[redaktə]
Albomları

1992 - Yine Ağlattın Beni

1993 - Hadi Hadi Meleğim

1994 - Beyaz Kelebeğim

1997 - Yalan mı?

1998 - Çoban Yıldızı

2000 - Aslan Gibi

2002 - Leyla

2004 - Ses ve Ayrılık

2007 - Hediye

2009 - Sevdazede

2012 - Bi Düşün
[redaktə]
Filmografiya
[redaktə]
Filmləri
Ona Sevdiyimi Söylə (1994)
Asan Pul (2001)
O İndi Əsgər (2003)
Asmalı Qonaq - Həyat (2003)
Hardasan Firuzə (2003)
Kəloğlan Qaraprənsə qarşı (2006)
Mövlana Cəlaləddin-i Rumi: Eşqin Rəqsi (2008)
Ya Sonra (2011) - Aktyor, Ssenari müəllifi, Rejissor, Bəstəkar
Araf (2012)
Evim Sənsən (film, 2012) - Aktyor, Ardı »

Bəstəkarlar Və Müğənnilər → Mirzə Fərəc Rzayev

Mirzə Fərəc Rza oğlu Rzayev (15.03.1847, Bakı – 27.03.1927, Bakı)– tarzən.
[redaktə]
Həyatı

Fərəc oğlu Rzayev 15 mart 1847 ci ildə Bakı şəhərində anadan olmuşdur.

İfaçılıq sənəti Bakı (Abşeron) muğam ifaçılığı məktəbi ilə bağlıdır. Tar ifaçılığını tarzən Şirazlı Əlidən öyrənmiş, sənətini təkmilləşdirmək məqsədilə bir müddət İranda yaşamış və muğam sənətinin dərin sirlərinə yiyələnmiş, qədim musiqi traktatları ilə tanış olmuşdur.

Mirzə Fərəc Bakıda Məşədi Məlik Mansurovun musiqi məclislərinin fəal üzvü olmuşdur. Bir çox məşhur xanəndələrlə birgə çalışmışdır. Musiqi tarixi ilə yaxından maraqlanmış, muğamların dərin bilicisi kimi tanınmışdır.

Üzeyir Hacıbəyovun rəhbərliyi ilə 1925-ci ildə muğam tədrisi üzrə ilk proqramın hazırlanmasında digər görkəmli muğam ustadları ilə yanaşı iştirak etmiş, "Muğam Ardı »

Bəstəkarlar Və Müğənnilər → Hüseynağa Hacıbababəyov

Hüseynağa Hacıbababəyov (19 may, 1898 – 10 noyabr, 1972) – müğənni (lirik tenor). Azərbaycanın xalq artisti (1938).
[redaktə]
Həyatı

Hüseynağa Hacıbababəyov Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1916-cı ildən ilk muğam operalarında qadın partiyalarını ifa etmişdir.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş və Məcnun ("Leyli və Məcnun", Ü.Hacıbəyov), Şah İsmayıl ("Şah İsmayıl", M.Maqomayev), Qərib ("Aşıq Qərib", Z.Hacıbəyov), ("Xosrov və Şirin", Niyazi) və b. partiyaları oxumaqla yanaşı, Avropa bəstəkarlarının operalarında da çıxış etmişdir.
Ardı »

Bəstəkarlar Və Müğənnilər → Səfa Qəhrəmanov

Səfa Qəhrəmanov - Azərbaycanın xalq artisti.
[redaktə]
Həyatı

Səfa Qəhrəmanov 1949-cu il 30 mart-da Ağcabədidə anadan olub. 1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif işi fakültəsini bitirib. Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa edib. Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Teatrdakı on altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda - Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ardı »