Bəstəkarlar Və Müğənnilər → Firəngiz Əlizadə
Firəngiz Əliağa qızı Əlizadə (28 may, 1947 Bakı) – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1990), professor (1999), Azərbaycan Respublikasının xalq artisti (2000)
Həyatı
Firəngiz Əlizadə Azərbaycan Dövlət Konservatoriyasını (1970, U.Xəlilovun fortepiano sinfini, 1972; Q.Qarayevin bəstəkarlıq sinfini) bitirmişdir. Fortepiano sonatasının (1970), fortepiano ilə ork. üçün konsertin (1972), simli kvartet (1974), simfoniya (1976), "Vətən haqqında nəğmələr" oratoriyası (N.Xəzrinin sözlərinə), violonçel ilə fortepiano üçün "Habilsayağı" (1979), orqan üçün fantaziya (1982), "Ağ atlı haqqında əfsanə" rok-operası (1985), "Üç akvarel" vokal silsiləsi (N.Rəfibəylinin sözlərinə), simli kvartet üçün "Dilogiya-1" (1988), "Dilogiya-II" (1989), "Boş beşik" (1993) baletinin, "Dərviş" (Nəsiminin sözlərinə, 2000) əsərinin, kinofilmlərə musiqi və s.-nin müəllifidir. Bir çox müasir Ardı »