Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və Müğənnilər → Səid Rüstəmov

Səid Əli oğlu Rüstəmov (12 may 1907, İrəvan — 10 iyun 1983, Bakı) — bəstəkar, dirijor, pedaqoq. Azərbaycanın xalq artisti (1957). Bakı Musiqi Məktəbinin tar sinfini bitirmişdir.

Üzeyir Hacıbəyov və M.Mənsurovdan dərs almışdır. Yaradıcılığında muğam formalarından, aşiq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaratmışdır. "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir. 1935 - 1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.Mündəricat [gizlə]
1 Həyatı
2 Yaradıcılıq fəaliyyəti
3 Əsərləri
4 Filmoqrafiya
5 Mənbə
6 Həmçinin bax

[redaktə]
Həyatı

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur.

Hələ uşaq ikən atasını Ardı »

Bəstəkarlar Və Müğənnilər → Şarlotta Perelli

Şarlotta Perelli — İsveçli mügənni. 1999 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Take me to your heaven" (Məni öz səmana apar) mahnısı 1-ci yer tutub. 2008 Avroviziya Mahnı Müsabiqəsində bir daha İsveçi təmsil etmişdir. Ardı »

Bəstəkarlar Və Müğənnilər → Kazım Koyuncu

[color=#03939b]Kazım Koyuncu - laz mənşəli Türkiyə musiqiçisidir. 33 yaşında ikən ağciyər xərçəngindən vəfat etmişdir.Mündəricat [gizlə]
1 Həyatı
2 Diskoqrafiya
2.1 Zuğaşi Berepe (Dənizin uşaqları) qrupunda
2.2 Grup Dinmeyen qrupunda
2.3 Solo albomları

[redaktə]
Həyatı

Kazım Koyuncu 7 noyabr 1971-ci ildə doğulmuşsa da, sənədləşmədə səhvlər olduğundan, rəsmi doğum tarixi 10 may 1972-ci ildir. Orta məktəbdə mandoluna çalaraq, musiqiyə başlamış, kamança ustadı Yaşar Turnanın yanında musiqi təhsili almışdır. İstanbul Universiteti Politologiya fakultəsinə daxil olmuş, ancaq siyasi səbəblərə görə təhsilini yarımçıq qoymuşdur. 1992-ci ildə peşəkar musiqiçi həyatına atılmış, laz dilində və türkcə ifa etdiyi mahnılarla məşhurluq qazanmışdır. 2004-cü ildə Ağciyər xərçəngi diaqnozu ilə xəstəxanada müalicəyə başlamış, 25 iyun 2005-ci Ardı »

Bəstəkarlar Və Müğənnilər → Cəm Karaca

Muxtar Cəm Karaca (5 Aprel 1945 - 8 Fevral 2004), Türk musiqiçi. Türk musiqisinin ən əhəmiyyətli sənət adamlarından və Anadolu rok adıyla bilinən tərzin qurucu üzvlərindəndir. Bu musiqi tərzində əsərlər verən bir çox musiqi qrupuyla (Apaşlar, Kardaşlar, Moğollar və Dervişan) əməkdaşlıq etmiş, qurucu və idarəçisi olmuş və ölkəsində güclü bir rok kültü yaratmışdır. Rok musiqisini Anadolu insanına Türkcə sözlərlə tanıdan və sevdirən ən əhəmiyyətli sənətçidir. Əsərlərində ictimai və siyasi məzmunlu mövzulara toxunan böyük məsuliyyətlər daşıyan Karaca, özünə xas stiliylə də anadolu rokun əfsanəvi şəxsiyyəti olmuşdur.Mündəricat [gizlə]
1 Uşaqlıq illəri
2 Musiqi karyerası
2.1 İlk illər
2.2 Apaşlar dövrü
2.3 Kardaşlar dövrü
2.4 Moğollar dövrü
2.5 Ardı »

Bəstəkarlar Və Müğənnilər → Amil Həsənoğlu

Amil Həsənoğlu (d.1986, Səmərqənd, Özbəkistan) — azərbaycanlı müğənni.
[redaktə]
Həyatı

Məmmədov Amil Həsən oğlu 1986-cı ildə Səmərqənd şəhərində (Özbəkistan) anadan olub. Bakı şəhəri Suraxanı rayonu 282 saylı orta məktəbdə orta təhsil alıb.

Bül-bül adına orta ixtisas musiqi məktəbində Orta ixtisas təhsili alıb.

Bakı Musiqi Akademiyasının solo oxuma kafedrasında Ali təhsil almışdır.
[redaktə]
Uğur və Mükafatları
1997-ci il - Bakıda keçirilən “Dan ulduzu”mahnı müsabiqəsinin diplomantı, 1998-ci ildə isə qalibi;
1998-ci il - Albaniyada keçirilən beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi və “Büllur qönçə” mükafatının sahibi;
1998-1999-2000 -ci illər - Qırğızıstanda keçirilən beynəlxalq musiqi festivallarında çıxış;
1998-ci il - Azərbaycan Prezidenti Heydər Əliyevin London səfəri zamanı, Azərbaycan incəsənət ustaları ilə birlikdə Londonun böyük konsert Ardı »

Bəstəkarlar Və Müğənnilər → Fəridə Məmmədova (müğənni)

[color=#173bd3]Məmmədova Fəridə Kamal qızı – azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti.
[redaktə]
Həyatı

Fəridə Məmmədova 29 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994-2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır.

Bir sıra vokal müsabiqələrində iştirak etmiş və mükafatlar qazanmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: R.Mustafayevin "Vaqif" operasında Xuraman, M.Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, J.Bizenin "Karmen" operasında Mikaela, V.Motsartın "Hamı belə edir" operasında Fiordilici, C.Verdinin "Trubadur" operasında Leonora, Ardı »

Bəstəkarlar Və Müğənnilər → Kurt Kalleya

Kurt Kalleya (5 may, 1989) Maltalı müğənnidir.[1] Kalleya Bakıda,Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi 2012-də Maltanı təmsil etmişdir.
[redaktə]
Diskoqrafiya
[redaktə]
Mahnılar
2010 - "Waterfall" (Prissilla Pseyla ilə)
2011 - "Over and Over"
2012 - "This is The Night"
2012 - "Boomerang"
Ardı »

Bəstəkarlar Və Müğənnilər → Empyrium

[color=#c238dd]Empyrium, Alman; simfonik, folk və doom metal musiqi qrupudur. 1994-cü ildə Markus stock (Ulf Theodor Schwadorf) və Andreas Bach tərəfindən qurulan qrupun ilk iki albomu ( A Wintersunset (1996) və Songs Of Moors and Misty Fields (1997) ) folk və simfonik təsirləri olan doom metal albomları olaraq qəbul edilməkdədir. Şiddətli kişi vokalları, dərin və ağır qitaraları atmosferik hissələrlə birləşdirən qrup romantik, qaranlıq və ağır bir musiqi meydana gətirmişdir. Qrup klaviatura yerinə viyolin, çello, fleyton kimi akustik alətlər istifadə etməkdədir. Bir neçə dəfə qrup ayrılsada hazırda yenidən fəaliyyət göstərir. Quruculardan Ulf Theodor Schwadorf və qrup üzvü Nadine Mölter evlidir. İlk konsertlərini vermək Ardı »