Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bextiyar VahabzadəNağıl Həyat

Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.

Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm, üzümə durub sahilim.

Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı...

Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.

Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, Ardı »

Bextiyar VahabzadəQeribe Deyilmi?

Qəribə dünyadır, bəzən baş yarır
Ayağın dəstəyi taxta
çəliklər.
Bəzən qul sahibi qula
yalvarır
Dünyanı fırladır
qəribəliklər.

- Dünya çalxalanır yenə dəniz tək.
- Bu böyük dünyanın
dərdini çəkmək
Bizəmi qalıbdır?
- Vallah, nə deyim?
Sənə yox, mənəsə qalıb,neyləyim?
Qəribə deyilmi?

Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə
çözməli?
Kimi övladının dərdini
çəkmir,
Kimi də xalqının
dərdindən dəli!
Torpaq əldən getdi, ölkə talandı,
Sənin nə vecinə, günün ağ olsun.
Səninçün dünyada hər
şey yalandı
Təki damağın çağ, canın sağ olsun.
Bu boyda millətin ağır
günündə
Qaşını çatmaq da sənə
əzabdır.
Qardaşın döyülsə gözün önündə
Deyərsən, nə hay-küy, nə şaphaşapdır?
Ayıra bilirsən xeyirdən
şəri,
Mənfəət meydanı
səninçin gendir.
Nə Vətən, nə millət?
Səndən ötəri
Harda xeyrin varsa, ora vətəndir.
Xalqın naləsinə qulaqların kar,
Millətin içində millətə
yadsan.
Dərddən başımıza yağdı yağışlar,
Səni islatmadı, dərddən azadsan.
Bir qırıq dəymədi xeyrin özgəyə
Quru ağacdan da meyvə dərmisən.
Xeyrinin Ardı »

Bextiyar VahabzadəALLAHDAN QANAD İSTƏDİM

ALLAHDAN QANAD
İSTƏDİM
(son variant)
Allahdan qanad istədim,
Allah mənə xəyal verdi.
Bu qanadlı xəyal mənə
Yaşamağa macal verdi.
Allahdan fərəh istədim,
Allah mənə kədər verdi.
Bu kədərim, qədərimə
Tamam başqa qədər
verdi.
Allahdan ağıl istədim,
Allah mənə ürək verdi.
Bu ürək mənim ömrümə
Qəm üstündən qəm
gətirdi.
Allahdan dözüm istədim,
Allah mənə qəzəb verdi.
Mən Allahdan rəhm
istədim,
Mənə bollu əzab verdi.
Mən Allahdan haqq
istədim,
Zülmünü gen-bol eylədi.
Əzabların kotanına
O, sinəmi yol eylədi.
1998-1999 Ardı »

Bextiyar VahabzadəElvida

Deyirem sefasi bitti omrumun,
Indi dag cixiram,duze elvida.
Goze duman cokur,bawa qar yagir,
Bahara elvida,yaza elvida...

Ewqine her zaman muqeddes dedin,
Gunler elden gedir,sen teles dedin,
Cox istemedin,aza bes dedin,
Dedim,cox yox ise,aza elvida...

Indi oz kokunden uzulen menem,
Ozge budaqlarda duzulen menem,
Indi ne sen sensen,ne de men,menem,
Biz ki,biz deyilik,bize elvida...

Bextiyar,derdinden sizlayib yanar,
Seni kecmiwine baglar her zaman.
Zulmet ureyini iwiglandiran,
Yoluna wam tutan goze elvida.... Ardı »

Bextiyar VahabzadəHorumcek Tor Bagladi!

Tariximiz danıldı,
Uydurma tarix ilə kimliyimiz anıldı-
Öz kökünü bilməyən gözü küllü bu millət
Zamanın yollarında hər addımda yanıldıq
Uydurma tarix bizi anamızdan ayırıb,
Yad anadan alınmış bələkdə qundaqladı.
Özülümüz laxladı.
Bu xalqın tarixini düz bildirən, düz yazan
Tarix kitablarında hörümçək tor bağladı.
Kimə deyək dərdini bu dövranın, bu günün?
Vəzifəyə sümsənən,
Vəzifə kürsüsünün
Birinci pilləsində bu mərkəzdən noxtalandı.
Kişiliyi vardısa, bu anda axtalandı…
Ürəkdəki cəsarət,
mərdanəlik,
dəyanət
talandı,
tapdalandı.
Məğrur keçmişimizdən üzüldü əllərimiz,
Şərəf bildik özgəyə qul olmağı yoxsa biz?
Hər cürə zülmü udduq.
Köləliyi qazanıb, kişiliyi unutduq.
Vicdan, düzlük, həqiqət sürgün oldu bu yerdən,
Yaltaqlıq və xəyanət silahını yağladı.
Cəsarət Ardı »

Bextiyar VahabzadəSevende Sevirik Bir An Icinde..

Sevende sevirik bir an icinde

Unutmaq ne qeder cetin olurmus

Elə sandın unuda bilmərəm səni?!

Unutdum telimdə gəzən əllərini.

Unutdum üzümdəki nəfəsini.

Unutdum, unutdum, unutdum səni...

elə bildin qəlbimdən ata bilmərəm səni?!

Kəsib atdım... uf.. qəlbimdən bir parça tikə kimi..

Gecədə bəxş etdiyin pıçıltılı xoş sözlərini..

Onunla birgə unutdum, unutdum səni.

Unutdum bir zaman sevdiyim qara gözləri.

Unutdum sənli olan gecələri..

Baxışınla, sevginlə hər şeyinlə

Həmişəlik, unutdum, unutdum səni!... Ardı »

Bextiyar VahabzadəAzadlıq

Azadlıq isteyirdin..
İndi menden uzaqda
Azadsan,cismen azad.
İndi buyur,sevgilim,
Men dustağam,sen azad!..
Belemi?
İnanmıram.
Biz bir şeherde iken,
Deqiqeni,anını,
Sapa düzüb incitek,
İzleyirdim seni men.

İndi menden uzaqda
İzlemir heç kes seni.
Ancaq,azad deyilsen,
İzleyir öz köksünde
Aldığın nefes seni.
Orda perestişkarın
Bir deyil min-min olsun.
Qorxmuram,yox,qorxmuram,
Men yox,senin öz hissin,
Senin gözetçin olsun!

Sen seven bir üreyin
Özü boyda dağısan!
Menim dustağım deyil,
Hissinin dustağısan,
Qelbinin dustağısan. Ardı »

Bextiyar VahabzadəNəfsimiz

NƏFSİMİZ
Qacqının payına göz dikən alçaq,
Sənə hansı haqla mən insan
deyim?
Millətin qanını soran qurumsaq,
Mən sənin adına soxulcan deyim.
Bəs hanı insanlıq, bəs hanı
vicdan?
Tamah insanlıqdan qabağa
düsdü?
Bəlkə də bu dövran
dolandıgından
Qibləmiz gah sola, gab sağa
düsdü.
Bu, sənin xalqına ürəyi yanan
Özgə bir millətin verdiyi paydı.
Ey öz millətinə yaddan yad olan,
Paya göz dikincə gözün çıxaydı.
Xalqının dərdinə özgələr qədər
Yanmadın , bəs bunu niyə
qanmadın?
Yetim qismətini yeyib sərasər
O şisən qarnından heç
utanmadın.
Biz necə məxluquq, anlamıram
mən
Nəfsimiz ağırmıs qeyrətimizdən.
İyul. 1998. Ardı »