Nüsrət Kəsəmənli → Biri Vardı, Biri Yox...
Olan olub keçən keçib bəlkə də
İndi daha kövrəlməyin yeri yox,
Ömrüm boyu belə gəlib mənimki
Əvvəlindən biri vardı, biri yox.
Uzaqdaydı mən istəyən ocaqlar
Ürəyimdən gəlib keçdi sazaqlar
Atalıydı, analıydı uşaqlar
Bizim evdə biri, vardı biri yox.
Gözlərimə doldurmuşam yağışı
Bir köynəkdə çıxarmışam mən qışı.
Şalvar köynək geyinirdi tay-tuşum.
Məndə isə biri vardı, bir yox
Qəlbim yandı ilk sevgimdən, eşqimdən
Dara düşdüm əl ummadım heç kimdən
Məclislərdə can deyib, can eşidən
Dostlarımın bir vardı, biri yox.
Üzüm güldü tələbəyəm deyəndə.
Sıxılırdım dost pencəyi geyəndə.
Müəllimlə dil tapa bilməyəndə.
Qiymətimin biri vardı, biri yox.
Uzaq gəzdi əmi, dayı, bibilər,
Söz arası mənə evlən dedilər
Nişan üçün iki şey istədilər,
Məndə isə biri vardı, biri yox.
Vaxt gələcək bu günü görəcəksən,
Çox suala gözünü döyəcəksən.
Vaxt gələcək Ardı »