Nüsrət Kəsəmənli → Alın Yazımdasan...
Hara baxıram sən ordasan, yanımdasan
Adın dilimin əzbəri, əlimdəki sazımdasan
.......
Sən olmusan varım, yoxum, tək diləyim
Dərd ortağım, çoxumda həm azımdasan
.......
Necə unudaram səni, ürəyimin arzusunu
Bağlanmısan qədərimə, alın yazımdasan
.......
Nə fərq edər ayların, fəsillərin dəyişməsi
Sən həm qışım həm baharım yazımdasan
.......
Sənsən səslədiyim, Allahımdan istədiyim
Tanrıya etdiyim hər duada, niyazımdasan
.......
Xəyalinlə gülərəm xəyalinlə mən ağlaram
Hər sevincimdə, axan göz yaşlarımdasan
.......
Səndən əvvəl də yaşayırdım heç bilmirəm
Tək bildiyim bu günümdə, sabahımdasan
.......
De səni sevmək niyə günahdır niyə yasaq
Yaşadığım hər gözəllikdə, səvabımdasan
.......
Sanma ki əl çatmazımsan, cox uzaqdasan
Damarımdaki qan, candan ötə canımdasan
.......
Sənsiz heç olmadım qalmadım, olmaramki
Axı çəkdiyim hər nəfəsdəsən həyatımdasan Ardı »