Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azerbaycan EdebiyyatindanBir Insanam

Bir insanam, bu gün varam,
Köçüb getsəm bir xəyalam.
Bu dünyada heç bir insan
Həyat sirrin aça bilmir.

Bir ocağam, yanmır odum,
Qalmayıbdır közüm, qorum,
Dağ əridən bu alovun
Odu sönüb, yana bilmir.

Bir aşiqəm, sevgim dərin,
Tənhalanıb məhəbbətim.
Qan ağlayan xəstə qəlbim
Bu həsrətə dözə bilmir.

Bir sevgiyəm itib eşqim,
Batıb gedib eşq günəşim.
Tənha qalan məhəbbətim
Öz sevgisin tapa bilmir.

Bir şeirəm, kəm şeirlər,
Misralardan çıxır sözlər.
İtib-batan qafiyələr
Misrasına yata bilmir.

Bir gəmiyəm, yelkənsizəm,
Su üzündə kimsəsizəm.
Hara gedir heç bilmirəm
Sahilinə çata bilmir.

Bir baxtsızam, çönüb baxtım,
Bəd yazılıb alın yazım.
Bu bəxtimə ulu Tanrım
Xoş bir Ardı »

Azerbaycan EdebiyyatindanPayiz Sevgisi(Kamal Abdulla)

Hərdən oturub özüm-özümə
Mən o gecəni xatırlayıram,
Gözün gözümə, dizin dizimə
Bir də musiqi – sakit, aram.
O uzaq gecə başlanan payız
Hələ nə qədər davam edəcək.
Yağışlı gecə, həyacanlı qız
Hardan gəlmişdi, hara gedəcək…
Payız ömürdən uzun sürəcək -
Payız nəğməsi, payız sevgisi.
Yellədi bizi qəmli yelləncək,
Uçurdu bizi, qaçırdı bizi.
Payız sevgisi gəldi gizlicə,
Gizlicə getdi, gəldiyi kimi.
Mən elə bildim bitməz o gecə,
Hər şey olmayır bildiyin kimi.
Yelləncək uçar boş-boşuna,
Həyat dayanar, yelləncək uçar…
Baxmaz küləyə, baxmaz yağışa -
Sən orda naçar, mən burda naçar.
Payızda gəlməz bir daha sevgi,
Həmən gecə də uzaq bir yuxu.
Həmən gecəylə getdi mənimki,
Bir ümid qaldı, bir də bu qorxu. Ardı »

Azerbaycan EdebiyyatindanSensiz

Sənsiz

Qəlb qırılsada bərpa etmək olmur,
Ona yalnız zaman dərman olur.
Bərpa etsəkdə, qəlb sınıq qalır,
Ancaq yeni sevgi qəlbi canlandırır.

Köhnə yazılar gözlərimdə canlanır,
Onu görəndə qəlbim qəfəsdə çırpınır,
Gözlərim hərgecə onu axtarır,
Ancaq qəlbim xəyal qırıqlığına uğrayır.

Mən səni Məcnuntək sevdim,
Sən isə məni zərrə qədər sevmədin.
Məcnun kimi səhralara vuruldum,
Tənhalıqla əbədi dost oldum... Ardı »

Azerbaycan EdebiyyatindanQaldi(Ehmed Cavad)

Bir gül äkdim acilmamis därdilär.
Zähmätimdän mänä bir tikan qaldi.
Ämäk verdim,gün kecirdim,gül äkdim
Ämäyimdän solgun bir fidan qaldi.

Nä yazim yaz,nä dä günüm gün oldu.
Könlümün cicäkläri acmadan soldu.
Qanadimi bir ugursuz äl yoldu.
Yerindä bir damla quru qan qaldi.

Söylädiyim bos söz,tökdüyüm qan yas,
Sinäm yanir ,gäl äl vurma, yavas,
Yavas ki, därdimä aglayan qardas.
Yerinä arxamda bir düsmän qaldi.

Yaralandim sarmadilar yarami,
Yas gününä döndärdilär bayrami,
Älimdän aldilar son bir carämi,
Äsäri ruhumda bir fägan qaldi Ardı »

Azerbaycan EdebiyyatindanMƏN AĞI DEMƏYİN BOŞBOĞAZIYAM

İlahi, ağzımın dadımı qaçıb –
yağışın duzludu, qarın şit düşür?!..
Bir açar da düşməz aça qapını,
amma bağlamağa hər kilid düşür.

Elə nazilmişəm, quş boğazıyam…
Büstün qəhər tutmuş daş boğazıyam..
Mən ağı deməyin boşboğazıyam,
çənəmin altına yüz meyid düşüb.

Dil öyrən vəsiyyət deməyə, qağa…
Götür qulluğuna məni «ağ» ağam…
Gedirəm çürüyüb sümük olmağa,
gör ha, dalımca da bir ac it düşüb. Ardı »

Azerbaycan EdebiyyatindanQayidacaqsan

Getdin...
Bir gün dönəcəyini bildiyin halda...
Bir gün peşman olacağını bildiyin halda...
Bir gün təkliyin mənsizlik olduğunu anlayacağını bilmədən...
Qayıdacaqsan

Hər gün əvvəlkindən daha ağır keçdi....
Hər gün dünənkindən daha qaranlıq...
Hər gün hər günkündən daha səssiz.....
Qayıdacaqsan
Bəzən Susdun...Səssizlik gözəldir deyə...
Bəzənağladın...Göz yaşı carədir deyə...
Bəzəngüldün...Artıq xoşbəxtəm deyə...

Qayıdacaqsan
Aldatdın özünü...

Amma...
Heç vaxt anlamadın...Bəlkə yalan demir....
Heç vaxt duymadın....Bəlkə qəlbdəndir bu etiraf...
Heç vaxt inanmadın....Bəlkə bu yaraları mən qanatmışam....
İtirdiyini NƏ ANLADIN ,NƏ DUYDUN... Ardı »

Azerbaycan EdebiyyatindanS U S M A R A M !

Men bir gulam, yük altında ezilmişem, qardaşım,
Sevinç bilmez bir mahkumam, ahu-zardır sırdaşım.
Damga vurub, zencirleyib tullamışlar zindana,
Karlı-buzlu cehennemler mesken olmuşdur bana.

Mene dinme, sus deyirsen, ne vahtacan susacam,
Buhranların, hicranların, mahbesinde galacam?
Niye susum, konuşmayım, insanlıkda payım var,
Menim ana vatanımdır talan olan bu diyar.

Niye susum, konuşmayım, Türk yurdudur bu toprak,
Oğuzların, elhanların vatanında kimdir, bak!
Bu dünyada azadlığı şan şöhretten üstün tut,
Alçaklığı, yaltaklığı rezilliyi sen unut!

Nece susum, konuşmayım, men eyleyim heyanet?
Hanı sevgi, hanı vatan, de harda galdı millet?
Men bir gulam, yerim altun, suyum gümüş, özüm aç,
Atam mahkum, anam sail, elim her şeye möhtaç.

Men Türk evladıyam, derin aklım, zekam var,
Ne vahtacan çiynimizde gezecekdir yağılar?
Ne kadar ki, hakimlik var, Ardı »

Azerbaycan EdebiyyatindanBİR DƏQİQƏLİK SÜKUTNAN

Biz də ölərik, doğmam,
basdırarlar bizləri də.
Bir dəqiqəlik sükutnan
susdurarlar bizləri də.

Biz özümüz sonsuz uzaq,
qəbrimiz yanaşı olar.
Dünyada tək bizdən hündür
ikicə baş daşı olar.

Qəbrimiz üstə ot bitər,
yarpaq keçər aramızdan.
Aramızdan su da keçmir,
torpaq keçər aramızdan. Ardı »