Şairlər və Yazıçılar → Eyvaz Borçalı
Həyatı
Ayvazov Ayvaz Məhəmməd oğlu – şair, tərcüməçi, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əmakdar incəsənət xadimi (1981) – 1938-ci il mayın 5-də Gürcüstanın Borçalı (Marneuli) rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Burada Qaçağan onbirillik məktəbini bitirdikdən sonra M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşdur.
Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə həmin institutun UI kursundan Moskvaya, M.Qorki adına Ədəbiyyat İnstitutuna, bədii tərcümə bölməsinə keçirilmişdir. Buranı bitirdikdən sonra Azərnəşrdə redaktor kimi əmək fəaliyyətinə başlamışdır (1964). "Azərbaycanfilm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1970), "Mozalan" satirik kino-jurnalının baş redaktoru (1971-1984), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru (1984-1986) vəzifəsində işləmişdir. Ədəbi yaradıcılığa 1960-cı ildə "Ədəbiyyat və incəsənət" Ardı »